Icma.az
close
up
RU
Fransa niyə separatizmi “diriltməyə” çalışır?

Fransa niyə separatizmi “diriltməyə” çalışır?

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qondarma “Artsax”la bağlı təxribatlar heç nəyi dəyişə bilməz

Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanması, yeni infrastruktur layihələrinin gündəmə gəlməsi Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. İllərlə davam edən münaqişə və gərginlikdən sonra iki ölkə liderlərinin sülh istiqamətində atdığı addımlar regionun gələcəyini dəyişəcək tarixi mərhələ kimi dəyərləndirilir. Məhz Cənubi Qafqazda barış küləklərinin əsdiyi dönəmdə Parisdən gələn təxribatçı səslər bu səylərin yönünü dəyişdirməyə çalışır. Emmanuel Makronun “qısqanc lider” sindromu yenə özünü büruzə verir.

Maraqlısı odur ki, Makron öz ölkəsinin daxili problemlərini həll etmək əvəzinə, min kilometrlərlə uzaqda yerləşən dövlətlərin daxili işlərinə qarışır, separatizmi dəstəkləməklə beynəlxalq hüququ ayaq altına alır. Bunun ən bariz nümunələrindən biri bu gün Fransada keçirilməsi planlaşdırılan “Artsax: etnik təmizləmədən iki il sonra” adlı qondarma konfransdır. Burada Fransa, İsveçrə və Avropa parlamentlərinin bəzi deputatlarının, yerli özünüidarəetmə nümayəndələri və diplomatların iştirakı nəzərdə tutulur.

Təxribatçı təşəbbüsün müəllifi Fransa–Ermənistan dostluq qrupunun vitse-prezidenti, deputat Emmanuel Mandondur. Rəsmi Paris ölkəmizin 2023-cü ildə Qarabağda keçirdiyi lokal antiterror tədbirlərini təhrif etməkdən əl çəkmir. Halbuki həmin əməliyyatlar beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın suveren ərazilərində aparılıb, yalnız separatçı silahlı birləşmələrin zərərsizləşdirilməsini hədəfləyib. Amma reallığı görmək istəməyən dairələr qərəzli şəkildə “mülki əhaliyə və infrastruktura zərbələr endirilməsi” kimi əsassız iddiaları gündəmə gətirirlər. Fransa Senatında “faciəli hadisələrin xatirəsini anmaq” adı altında keçiriləcək konfrans da bu təbliğatın bir hissəsidir. Məqsəd nə humanizm, nə də ədalətdir. Məqsəd Cənubi Qafqazda yaranan yeni sülh reallığına kölgə salmaq, separatçıların fiaskoya uğramış xəyallarına süni nəfəs verməkdir.

Proses bununla bitmir. Digər maraqlı məqam ondan ibarətdir ki, bir neçə gün əvvəl Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Fransaya səfər edib. Görüşdə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri Benjamin Haddad da iştirak edib. Söhbətlərdə Ermənistanın Avropaya inteqrasiyası, guya, sülhün institusionallaşdırılması məsələləri müzakirə olunub. Məhz bu səfərdən dərhal sonra Fransa Senatında separatizmə dəstək tədbirinin keçirilməsi qərara alınıb. Aydın görünür ki, konfransın ideya mənbəyi erməni lobbisidir. Lakin məsələ təkcə erməni diasporunun təsiri ilə izah edilə bilməz. Tədbirin məhz Fransanın ali qanunverici orqanı – Senatda keçirilməsi Makron hökumətinin riyakarlığını, Cənubi Qafqaz siyasətindəki ikiüzlülüyünü açıq şəkildə nümayiş etdirir. Bir tərəfdən Vaşinqtonda əldə edilən razılaşmaları təqdir etmək, digər tərəfdən isə separatizmə dəstək tədbiri keçirmək Fransa diplomatiyasının ənənəvi selektiv yanaşmasının bariz nümunəsidir. Vəziyyəti daha dərindən təhlil etsək görərik ki, qondarma tədbir birbaşa Vaşinqtonda imzalanmış tarixi üçtərəfli razılaşmaya ziddir. Bu addım həm diplomatik protokola, həm də bölgədə yaranmaqda olan sabitlik mühitinə ağır zərbədir. Çünki Ermənistan da daxil olmaqla bütün dünya Azərbaycanın ərazi bütövlüyünü qəbul edib. Buna baxmayaraq, Fransa utanmadan iddia edir ki, guya iki il əvvəl keçirilmiş antiterror tədbirlərində Qarabağın erməni əhalisi arasında zərər çəkənlər olub. Amma bu iddiaları sübuta yetirəcək nə beynəlxalq fakt, nə də hesabat var. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalıda sakinlərlə görüşündə bu məsələlərə nöqtə qoydu. Dövlət başçısı həm Fransaya, həm də separatizmə dəstək verən qüvvələrə tutarlı cavab verərək bildirdi ki, Azərbaycanda separatizmə yer yoxdur. Əslində, bu reallığı Ermənistan rəhbərliyi də qəbul edib. Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması bunun təsdiqidir. İndi əsas məqsəd təhlükəsizliyi təmin edəcək qərarların qəbuludur. Təəssüf ki, bunu Makron hökuməti görmək istəmir.

Erməni diasporasının təsiri altında hərəkət edən Fransa hakimiyyəti xalqların sülh şəraitində yaşamasına qarşı çıxır. Halbuki özü daxildə ciddi problemlərlə üz-üzə qalıb. Hökumət böhranı, ardı-arası kəsilməyən etiraz aksiyaları, sosial ədalətsizliklərə qarşı çıxışlar, metropoliyadan dənizaşırı ərazilərə qədər uğursuzluq zolağı və rüsvayçılıq adi hala çevrilib. Makron hökuməti özünü siyasi avantürist kimi aparır. Rəsmi Paris yaxşı dərk edir ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, bölgədə separatizmin kökünün kəsilməsi, Vaşinqtonda əldə olunan tarixi razılaşmalar onu regiondan tamamilə kənarlaşdırıb. Bir vaxtlar separatçı rejimlə hərtərəfli əlaqələr saxlayan, onların maliyyələşdirilməsində və silahlandırılmasında fəal iştirak edən Paris indi oyundankənar vəziyyətə düşüb. Fransa lideri unutmamalıdır ki, Cənubi Qafqaqda sülhün bərpası və ədalətin təmin edilməsi qarşısıalınmaz prosesdir! Emmanuel Makron haypərəst siyasəti ilə məkrli niyyətini özü ifşa edir.

Fuad ABDULLAYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti

Sentyabrın 19-da Fransada keçiriləcək konfransla bağlı bir neçə vacib məqama diqqət çəkmək istərdim. Konfransın başlığında istifadə olunan “etnik təmizləmə” ifadəsinin nə hüquqi, nə də faktiki əsası var. Konfransın keçirilməsində xüsusilə Fransa başda olmaqla, Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən radikal erməni diaspor təşkilatlarının təsirini görürük. Təəssüf ki, bəzi Avropa dövlətləri də bu təsir altına düşərək sülh prosesinə mane olur, faktiki olaraq artıq bitmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar. Belə tədbirlər xalqlar arasında etimadı sarsıdır və ictimai rəyi qütbləşdirməyə xidmət edir. “Etnik təmizləmə” ifadəsinə gəldikdə isə qeyd etmək istərdim ki, Azərbaycan 2023-cü ildə BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrinə tam uyğun olaraq beynəlxalq səviyyədə tanınmış ərazilərində suverenliyini bərpa edib. Azərbaycan Silahlı Qüvvələrinin birgünlük antiterror tədbirləri yalnız hərbi mövqeləri yönəlmiş, mülki əhali hədəfə alınmamışdır. Bütün beynəlxalq təşkilatlar da bunu təsdiqləyib. 2023-cü ilin sentyabr hadisələri ilə bağlı həm Beynəlxalq Qırmızı Xaç Komitəsi, həm də BMT missiyası yaydığı hesabatda qeyd ediblər ki, Qarabağ ermənilərinin zorla köçürüldüyünə dair heç bir fakt yoxdur, onlar öz evlərini könüllü tərk ediblər. Eyni zamanda, Azərbaycan rəsmi şəkildə Qarabağın erməni sakinlərinə vətəndaş hüquqları, sosial təminatlar və amnistiya təklif edib. Hazırda Azərbaycan qanunları çərçivəsində hər kəsə geri dönmək və yaşamaq imkanı verilir. Lakin bu təkliflər geri çevrilir və bəzi qondarma erməni qrupları prosesi saxtalaşdıraraq “etnik təmizləmə” imici yaratmağa çalışır. Erməni diaspor qruplarının təsiri altında keçirilən siyasi aksiyalar sülhün bir addımlığında olan iki xalqa fayda gətirə bilməz. Fransız siyasətçiləri isə revanşizmə dəstək vermək əvəzinə, dialoqa və etimadın bərpasına yardım etməlidirlər.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see342

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see304

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see294

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see281

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see280

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see264

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see252

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see251

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see247

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see240

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see237

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see236

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see236

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see228

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see224

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see223

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see193

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see190

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri