Fransa polisi beş mindən çox etirazçını saxlayıb
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa polisi bütün ölkə ərazisini əhatə edən yuxarı sinif şagirdlərinin və tələbələrin etiraz aksiyaları zamanı 5 mindən çox insanı saxlayıb.
Moderator.az yerli "TF1" telekanalına istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nünyes bildirib.
"Bazar ertəsindən bəri 5 mindən çox insan saxlanılıb", - deyə telekanal Nünyesin sözlərini çatdırıb.
Nazir dəqiqləşdirib ki, cümə günü hüquq-mühafizə orqanları etiraz tədbirlərinin 1 747 iştirakçısını saxlayıb, bu isə saxlanılanların sayının 1 954 nəfərə çatdığı əvvəlki günün göstəricisindən bir qədər azdır.
Onun məlumatına görə, oktyabrın 2-də nümayişlər 735 təhsil müəssisəsinin yaxınlığında keçirilib, onlardan 158-i isə zədələnib.
Xatırladaq ki, yuxarı sinif şagirdlərinin etiraz aksiyaları ötən həftə Parisin İl-de-Frans regionunda başlayıb, daha sonra isə Fransanın digər regionlarına yayılıb. Nümayişçilər həddindən artıq yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə qarşı çıxış edirlər. Daha əvvəl xəbər verilib ki, etirazlar və iğtişaşlarla əlaqədar Fransanın təhsil müəssisələrində tədris prosesinin təşkilində problemlər yaranıb. Etiraz hərəkatı fonunda milli təhsil naziri Eduar Jeffre bir sıra təhsil müəssisələrinin distant təhsil formatına keçdiyini elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 02 Oktyabr 2026 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















