Icma.az
close
up
RU
Fransa prezident seçkilərinə hazırlaşır

Fransa prezident seçkilərinə hazırlaşır

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Makronun xələfi, Le Penin əvəzedicisi...

Aylarla davam etmiş hökumət böhranı Fransada hazırkı iqtidara qarşı inamı kəskin şəkildə azaldıb. Bunun nəticəsidir ki, prezident seçkilərinə 1 il 4 ay qalmasına baxmayaraq, Fransa ictimaiyyəti buna indidən hazırlaşır. Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu 2027-ci ilin aprel ayına planlaşdırılıb. Hələlik konkret tarix müəyyən edilməyib, lakin onun hazırkı prezident Emmanuel Makronun səlahiyyət müddətinin 13 may 2027-ci il tarixində bitməsinə 20-35 gün qalmış ilk tur reallaşmalıdır. Əgər prezidentliyə namizədlərdən heç biri birinci turda səslərin 50 faizdən çoxunu toplaya bilməsə, ən çox səs toplayan iki namizəd iki həftə sonra keçiriləcək ikinci turda iştirak edəcək. İkinci prezidentlik müddəti bitdikdən sonra hazırkı dövlət başçısı artıq prezidentliyə namizəd ola bilməyəcək.

Sorğuların nəticələri də göstərir ki, xalq Makron və onun komandasına inanmır. Sorğuların nəticələrinə diqqət çəkən bəzi siyasətçilər isə Makronun prezidentlik dövrünü başa vura bilməmə ehtimalını da irəli sürür.

Sürpriz namizəd...

Qeyd edək ki, son sorğularda sürpriz bir ad ortaya çıxıb - məsələn, “Odoxa-Mascaret”in sorğusuna görə, Milli Birlik (Rassemblement National-RN) partiyasının sədri Jordan Bardella ikinci turda qarşısına çıxacaq hər bir namizəddən üstün görünür. O, sorğuda Eduard Filip (53%-47%), Qabriel Attal (56%-44%), Rafael Qlüksmən (58%-42%) və Jan-Lük Melanşon (74%-26%) qarşısında üstünlük qazanıb. Əsas namizədlərdən sayılan  Marin Le Pen isə sorğuda test olunmayıb. “Reuters” qeyd edir ki, Marin Le Pen və atası Jan-Mari Le Pen əvvəllər prezident seçkilərinin ikinci turunda üç dəfə məğlub olduqları siyasi ittifaqlarla qarşılaşıblar. Mart ayında məhkəmə 57 yaşlı Marin Le Peni və partiyasının bəzi üzvlərini mənimsəmədə günahkar bildikdən sonra 5 il müddətinə dövlət vəzifələrində namizədliyini irəli sürməkdən məhrum edib. O, qərardan apelyasiya şikayəti verib. Qadağanın qüvvədə saxlanılacağı təqdirdə Bardella partiyanın yeganə namizədi sayılacaq.

Le Penə qarşı açılan iddialar geri götürülməsə...

Marin Le Pen isə son aylara qədər bütün sorğularda lider olub. Fransızların əksəriyyəti Marin Le Penin 2027-ci ildə Fransada prezident seçkilərində qalib gələ biləcəyinə inanır. Hətta bu ilin sentyabrında “Elabe” sorğu agentliyi tərəfindən BFMTV televiziya kanalı üçün aparılan sorğuda respondentlərin 61 faizi Le Penin 2027-ci il seçkilərindən sonra Fransanın yeni prezidenti ola biləcəyinə inandığını önə sürmüşdü. Onların 52 faizi bu ssenarini mümkün hesab edib, 9 faizi isə tamamilə əmin olduğunu deyib. Qeyd edək ki, Le Penin siyasi imici əhalinin əksər təbəqələri, xüsusən də təqaüdçülər arasında olduqca yüksəkdir.

23 yaşında partiya siyahısına liderlik etdi...

Le Penin yeni əvəzedicisi olan Jordan Bardella 1995-ci ildə italyan və Əlcəzair kökləri olan bir ailədə anadan olub. Gələcək siyasətçi cəmi bir yaşında olanda valideynləri boşanıb və o, anası ilə qalıb. Bardella özü uşaqlıqda yoxsulluq içində yaşadığını desə də, Fransa mediası onun atasının kifayət qədər imkanlı olduğunu bildirib. Məktəbi bitirdikdən sonra Bardella Sorbonna Universitetinə daxil olub - lakin orada qalması qısamüddətli olub. O, siyasətdə karyera qurmaq üçün təhsilini dayandırıb. 2012-ci ildə isə cəmi 16 yaşında ikən Milli Cəbhəyə qoşulub. Onun məhz bu siyasi cərəyana üstünlük verməsi öz təbirincə desək, “Milli Cəbhədən daha çox Marin Le Pen üçün” olub. 2014-cü ildə Sena-Sen-Denis departamentində partiya təşkilatının rəhbəri seçilib və partiyanın ən gənc regional lideri olub. 2015-ci ilin birinci yarısında o, Avropa Parlamentinin üzvü Jan-Fransua Jalkın köməkçisi kimi çalışıb və daha sonra İl-de-Frans regional şurasına (partiya siyahısında) seçilib.

İki il sonra Bardella 2017-ci il prezident seçkilərində Marin Le Penin komandasında təmsil olunub. Florian Filippot partiyadan ayrıldıqdan sonra Milli Cəbhənin rəsmi sözçülərindən biri seçilib. Partiyanın 16-cı Konqresindən sonra o, Milli Gənclər Cəbhəsinin lideri seçilib. Bir il sonra sədr müavini, Avropa Parlamenti seçkilərindən sonra isə Avropa Parlamentinin üzvü olub. O, 23 yaşında partiya siyahısına rəhbərlik edib.

2021-ci ildə Marin Le Pen 2022-ci il prezident seçkilərində iştirak etmək üçün istefa verdikdə Bardella əvvəlcə birinci müavin, sonra isə partiya sədri seçilib. O, partiyanın 26 min üzvünün təxminən 85 faizinin dəstəyini alıb. Yaşına görə Bardella gənclər tərəfindən çox sevilir və sosial mediada onlarla fəal şəkildə ünsiyyət qurur. Ekspertlər qeyd edirlər ki, o görünüşü və mülayim davranışı ilə fransız seçicilərinin ürəyini fəth edir. Köhnə Milli Cəbhəyə xas olan irqçi və antisemit şüarlardan imtina edərək Bardella seçicilərə müraciətində fərqli obraz yaradıb - “Onun adı Le Pen deyil, o, heç vaxt mübahisəyə girməyib və açıqlamalarında çox diqqətli olub”, - deyə onun haqqında söylənilir.

Makrona etimadsızlıq - parlament islahatları dondurdu...

Bu arada Fransada davam edən siyasi-iqtisadi böhran seşkinin daha erkən baştutma ehtimalını istisna etmir. Qeyd edək ki, Fransa Milli Assambleyası pensiya islahatını 2027-ci ilə qədər dondurub. Yelisey Sarayı parlamentin aşağı palatasının düzəlişi dəstəkləməyəcəyinə ümid edirdisə, bu, alınmadı. 255 millət vəkili pensiya islahatının dayandırılmasına səs verib.  Emmanuel Makronun parlamentdəki dayağı hesab edilən hakim İntibah Partiyasının demək olar ki, bütün üzvləri səsvermədə bitərəf qalıb və hətta üç nəfər islahatın dayandırılmasını dəstəkləyib. Bunun nəticəsidir ki, noyabr ayında keçirilən ictimai rəy sorğusunda fransızların 89 faizi Makronun siyasətini demək olar ki, hər sahədə “uğursuz” adlandırıb. Bu isə  2017 və 2022-ci il seçkilərində ona səs verənlərin dörddə üçünü əhatə edir. Bundan əlavə, respondentlərin təxminən, 90 faizi Makronun prezidentlik müddəti bitdikdən sonra Fransa siyasətində hansısa əhəmiyyətli rol oynamasına da qarşı çıxıb.

İslahatın dondurulması isə Fransa büdcəsinə gələn il 300 milyon avro, 2027-ci ildə isə 1,9 milyard avro təsir göstərəcək. Bunlar əhəmiyyətli məbləğlərdir, lakin ekspertlər bildirirlər ki, qərar son on səkkiz ay ərzində qarışıqlıq yaşanan Fransada müvəqqəti də olsa, sabitlik formalaşdıracaq. Hökumət dövlət maliyyəsindəki boşluğu vergilərin, xüsusən də Sosialist Partiyasının millət vəkili Sandrine Runelin sözlərinə görə, 2,7 milyard avro gətirəcək sözdə ümumi sosial töhfələrin artırılması ilə doldurmağı planlaşdırır. Etiraf edilir ki, bu, son zamanlar Fransa üçün daha da baha başa gəlib.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri