Icma.az
close
up
RU
Kiyev prezident seçkilərinə hazırlaşır?

Kiyev prezident seçkilərinə hazırlaşır?

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh prosesi beynəlxalq müstəvidə əsas müzakirələrdən biridir. Belə bir şəraitdə Ukraynada prezident seçkilərinin keçirilməsi yenidən gündəmə gəlib. Artıq Ukrayna Ali Radası hərbi vəziyyət şəraitində mümkün prezident seçkilərinin hazırlanması üçün işçi qrupu yaradır. Bu barədə parlamentdə “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya öz teleqram kanalında bildirib. “İlkin razılaşmaya əsasən, hərbi vəziyyət şəraitində mümkün prezident seçkilərinin keçirilməsi məsələsinin operativ müzakirəsi üçün Ukrayna Ali Radasında işçi qrupu formalaşdırılır”, - deyə o yazıb.

Ali Rada seçkilərlə bağlı işçi qrupu yaradır

Qrupun işində parlamentin bütün fraksiya və deputat qruplarının, Mərkəzi Seçki Komissiyasının, həmçinin seçki məsələləri ilə məşğul olan ictimai təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur. D.Araxamiya vurğulayıb ki, işçi qrupun iclasının tarix və vaxtı elan olunacaq.

Qeyd edək ki, rəsmi Moskva Volodimir Zelenskini qeyri-legitim prezident hesab edir. Buna səbəb kimi, onun dövlət başçısı seçildiyi müddətin başa çatması göstərilir.  ABŞ Prezidenti Donald Tramp da Ukraynada prezident seçkilərinin keçirilməli olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna rəsmiləri yeni seçkilərin keçirilməsindən yayınmaq üçün müharibə məsələsindən istifadə edirlər.

Kiyev seçki təhlükəsizliyinə zəmanət istəyir

Nəzərə alaq ki, Ukrayna qanunvericiliyinə əsasən müharibə şəraitində seçkilərin keçirilməsi təxirə salınır. Lakin bu təzyiqlər qarşısında rəsmi Kiyev seçkilərin keçirilməsi üçün tədbirlər görməyə hazırlaşır.  Ukrayna Prezidenti Zelenski prezident seçkilərini keçirməyə hazır olduğunu bəyan edib. Zelenski müharibənin onun “kreslodan yapışması” səbəbindən uzandığını iddia edənləri “tamamilə qeyri-adekvat” adlandırıb. Bununla belə, o, hesab edir ki, seçkilərin təhlükəsizliyinin təmin olunması və hərbi vəziyyət şəraitində seçki keçirilməsini qadağan edən qanunvericiliyin dəyişdirilməsi tələb olunur: “Seçkilər iki amildən asılıdır: təhlükəsizlik və qanunvericilik. Təhlükəsizlik - səsvermənin mümkün olması üçün  əsas şərtdir. Məhz buna görə seçkilər müvəqqəti işğal olunmuş ərazilərdə keçirilə bilməz”. Onun sözlərinə görə, Ukrayna beynəlxalq müşahidəçilər və xaricdə səsvermə ilə ədalətli və şəffaf seçkilər keçirə bilər. “Xaricdə çox sayda ukraynalının olması səbəbindən proses daha mürəkkəb olacaq, lakin XİN artıq bu məsələnin həlli üzərində işləyir. Bütün vətəndaşların, xüsusilə də cəbhədəki hərbçilərin səs vermək imkanına malik olması vacibdir. Bu, dövlətin təmin etməli olduğu əsas hüquqdur. Seçkilərin təhlükəsizliyi məsələsi beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə müzakirə olunur. Mümkün variantlardan biri - ən azı, seçki dövründə atəşkəs və ya müharibənin bitməsidir”, - deyə Zelenski əlavə edib.

Putinin seçki tələbi...

Yeri gəlmişkən, Rusiya Prezidenti Putin bugünlərdə ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında ölkəsində yaşayan Ukrayna vətəndaşlarının da seçkidə iştirak hüququndan bəhs edib.  O, Ukraynada mümkün prezident seçkilərinin təhlükəsizliyini təmin etmək barədə düşünməyə hazır olduğunu deyib. Putinin sözlərinə görə, Rusiya seçkilər zamanı təhlükəsizliyi təmin etmək üçün Ukrayna ərazisinin dərinliklərinə zərbələr endirməyəcək. Ancaq Rusiya liderinin bir şərti var: “Əgər seçkilər keçirilərsə, Rusiyada yaşayan ukraynalılar üçün Rusiya ərazisində səsvermənin təşkil edilməsini tələb edirik”. Görünür, Putin ümid edir ki, Rusiyada yaşayan ukraynalıların səsi hesabına Ukraynada prezident kürsüsündə Rusiyayönümlü şəxs oturacaq. Təsadüfi deyil ki, o, hazırda Rusiyada 5 milyondan 10 milyona qədər Ukrayna vətəndaşının yaşadığını göstərən məlumatlara istinad edib. Rusiya liderinin bu tələbinə rəsmi Kiyev hələ münasibət bildirməyib. Əgər həqiqətən sözügedən tələb yerinə yetirilsə, Zelenskini çətin vəziyyət gözləyəcək.

Bütün bunların fonunda Zelenski Rusiya Silahlı Qüvvələrinin 25 dekabr - Milad günü Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirə biləcəyinin anonsunu verib. Dövlət başçısı qeyd edib ki, ABŞ və Almaniya Milad atəşkəsinin elan olunmasını dəstəkləyib, lakin Moskva bundan imtina edib: “Rusiya deyir: “Milad atəşkəsi olmayacaq”. Mən bu siqnallardan sonra kəşfiyyatımızın gücləndirilməsini tapşırdım. Biz başa düşürük ki, məhz bu günlərdə onlar kütləvi zərbələr endirə bilərlər”. 

Ekspert: Hazırda Ukraynada demokratik seçkilərin keçirilməsi qeyri-mümkündür

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, işğala məruz qalan və aktiv hərbi əməliyyatlar aparılan ölkədə azad və demokratik, beynəlxalq standartlara uyğun  seçkilərin keçirilməsi qeyri-mümkündür. İlk növbədə, Ukraynanın Konstitusiyasında ölkədə hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsinin, sərbəst toplaşma azadlığının və s. məhdudlaşdırılması nəzərdə tutulur. Belə bir şəraitdə icra hakimiyyəti orqanları fövqəladə səlahiyyətlər çərçivəsində fəaliyyət göstərirlər. Onun sözlərinə görə, bu vəziyyət təkcə Ukraynaya aid deyil. Bir çox ölkələrin qanunvericiliyində  belə hallar öz əksini tapır. “Burada təhlükəsizlik əsas şərtdir. Heç kim təminat verə bilməz ki, seçki günü Ukrayna ərazisi, seçki məntəqələri raketlərlə hücuma məruz qalmayacaq. Digər tərəfdən, işğal və aktiv hərbi əməliyyatlar şəraitində seçkilərdə bərabərhüquqlu iştirak hüququ, azad rəqabət mümkün deyil. Nəzərə alaq ki, milyonlarla ukraynalı müharibə səbəbindən xarici ölkələrdə məskunlaşıblar. Onların xaricdə səsverməsini təmin etmək texniki və hüquqi baxımdan çətindir”,- deyə Ə.Nuriyev söyləyib.

Ekspert diqqətə çatdırıb ki, dünya təcrübəsində də aktiv hərbi əməliyyatların aparılması zaman seçkilərin təxirə salınmasına dair kifayət qədər faktlar var: “Məsələn, İkincü Dünya müharibəsi zamanı Böyük Britaniyada və ABŞ-da seçkilər təxirə salınıb. Eləcə də, Avropa ölkələri də müharibələr zamanı seçki keçirməyiblər. Belə bir halda, bu gün hansısa beynəlxalq dairələr tərəfindən Ukraynada prezident seçkilərinin keçirilməsini tələb etmək doğru deyil”. 

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Dekabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see338

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see254

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see248

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see209

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see203

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see198

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see196

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see195

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see195

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see191

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see186

Ronaldodan Oçoaya “Səndən cavan görünürəm”

25 İyun 2026 20:44see185

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see181

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see178

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see176

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see174

Şahin Bağırov: Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir

25 İyun 2026 21:49see172

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see172

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see171

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri