Fransa Prezidenti azərbaycanlı gənc yazıçıya məktub yazdı
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransada yaşayan gənc yazıçı Ramazan Tağıyev Fransa Prezidenti Emanuel Makrona məktub ünvanlayıb.
Gununesi.info xəbər verir ki, Makron gənc yazıçıya cavab məktubu yazıb.
Sözügedən məktubu təqdim edirik:
“Hörmətli cənab,
Fransa Respublikasının Prezidenti ona ünvanladığınız elektron məktubu qəbul etmişdir və mənə Sizə cavab vermək tapşırığını vermişdir. Müraciətinizi həssaslıqla qarşılayan cənab Emmanuel Makron Sizə dərin təşəkkürünü bildirir.
O, həyat yolunuz və təqdim etdiyiniz şəxsi hekayənizlə diqqətlə tanış olmuşdur. Dövlət başçısı ilk iki kitabınız, ifadə azadlığı uğrunda fəaliyyətiniz və fransız dili və mədəniyyətinə göstərdiyiniz maraq münasibətilə Sizi təbrik etmək istəyir.
O, yazıçılıq fəaliyyətinizi davam etdirməyiniz üçün Sizə öz dəstək və ruhlandırıcı sözlərini çatdırır, həmçinin gələcək yolunuzda uğurlar arzulayır. Hörmətli cənab, Sizə ən səmimi hörmət və ehtiramımı bildirirəm.
Laurent Carrié
Prezidentin müşaviri”.
Baxış sayı:65
Bu xəbər 23 Noyabr 2026 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















