Icma.az
close
up
RU
Fransa, qan tökdüyün əraziləri tərk et!

Fransa, qan tökdüyün əraziləri tərk et!

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı müstəmləkəçiliklə mübarizə tribunasına çevrilib

Artıq bütün dünya bilir ki, neokolonializmə qarşı mübarizə rəsmi Bakının xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə Azərbaycan bu istiqamətdə nəzərəçarpacaq işlər görüb, beynəlxalq ictimaiyyətin diqqətini XXI əsrin bəlası sayılan neokolonializmə yönəltməyi bacarıb. Bakı Təşəbbüs Qrupunun bu mövzuda həm daxildə, həm də xaricdə təşkil etdiyi tədbir və aksiyaların sayı cütrəqəmli sayla ölçülür. Müstəmləkəçilikdən əziyyət çəkən ada dövlətlərinin, kiçik xalqların nümayəndələrinin qatıldığı bütün tədbirlərdə Fransanın ünvanına qınaq, irad və tələblərin səslənməsi artıq ənənəyə çevrilib. Bunun da səbəbi məlumdur: üçüncü minillikdə müstəmləkəçilik ideologiyasından və siyasətindən əl çəkməyən əsas ölkə Fransadır.

Bakı Fransa kolonializminə həsr olunmuş növbəti tədbirə ev sahibliyi edir. “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransın təşkilatçısı Bakı Təşəbbüs Qrupudur. Budəfəki tədbirdə BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində görkəmli mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, eləcə də millət vəkilləri iştirak edirlər.

Əvvəlcə onu qeyd edək ki, Bakının ev sahibliyi etdiyi bu tədbir BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq elmi konfransıdır. Yəni, budəfəki konfrans əvvəlkilərdən bir neçə cəhəti ilə fərqlənir. Ən başlıca cəhət tədbir iştirakçılarının müstəmləkəçiliyin acınacaqlı vəziyyətinə elmi yanaşmaları və bu məsələni beynəlxalq təşkilatlar prizmasından dəyərləndirmələridir.

BMT-nin yaxından iştirakı ilə keçən elmi konfransın məqsədi müstəmləkə ideologiyalarının necə formalaşdırıldığını, institusionallaşdırıldığını və əsaslandırıldığını, həmçinin onların təsirlərinin bugünkü qlobal dinamikanı formalaşdırmağa davam etdiyini daha dərindən anlamağa şərait yaratmaqdır.

Bəli, budəfəki platformanın əsas kontingenti dünyanın müxtəlif ölkələrindən Azərbaycan paytaxtına gəlmiş alimlər, sahənin mütəxəssisləridir. Tədbirdə müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara qarşı ayrı-seçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi kimi siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında dərindən təhlil edilir.

***

Beynəlxalq elmi konfransda açılış nitqi söyləyən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan bu təşkilatın dünyada iqtisadi təşəbbüslərin təşviqi üçün qlobal platformaya çevrildiyini, iqlim dəyişikliyindən əziyyət çəkən insanlar üçün ümid mənbəyi olduğunu bildirdi:

“Sizin iştirakınız tarixi araşdırmaya, akademik dürüstlüyə və insan ləyaqətinin yüksəldilməsinə xidmətdə ortaq öhdəliyi əks etdirir. Bu dəfə söz professorlara çatıb. Üstəlik, bizim xüsusi üstünlüyümüz ondadır ki, dəvət olunmuş bəzi qonaqlar bu məsələdə BMT-nin müvafiq strukturlarında bilavasitə iştirak edirlər. Amma bu, təkcə akademik maraq predmeti deyil. Bu, müasir inanclar baxımından təcili bir məsələdir.”

Onu da qeyd edək ki, Bakı konfransında beynəlxalq hüququn, habelə BMT qətnamələrinin tələbi olan dekolonizasiya prosesinin yekunlaşdırılmasının kolonial güclər tərəfindən qarşısının alınması və bu konteksdə beynəlxalq təşkilatlar çərçivəsində mövcud imkanlardan istifadə, təsirli mexanizmlərin həyata keçirilməsi, həmçinin sistemli bərabərsizliklərin beynəlxalq təşkilatlar səviyyəsində həlli yolları müzakirə mövzularıdır. Məhz Bakının təşəbbüsləri sayəsində dünya müstəmləkəçiliyin ədalətsizlik xislətini tanımaq baxımından ciddi irəliləyiş əldə edib. Fəqət, müstəmləkəçiliyə keçmişin məsələsi kimi baxa bilmərik. Əslində, Bakı konfransında aparılan müzakirələrin məqsədi, sadəcə, müstəmləkəçiliyin yaranma səbəblərini, anatomiyasını və keçmişini anlamaq deyil, eyni zamanda, onun bütün fəsadlarını aradan qaldırmağın yollarını tapmaq, ədalətli və bərabərhüquqlu gələcək qurmaqdır.

“Biz bu gün müxtəlif regionlarda, bəzən siyasi və digər kanallar vasitəsilə, eləcə də iqtisadi, maliyyə, mədəni və hüquqi strukturlarda qəbul olunmuş hökmranlıq və asılılıq formalarında müstəmləkə siyasətinin təzahürlərini görməkdəyik. Son iki il ərzində Bakıda Quadalupe, Mayotta, Yamayka, Fransız Qvianası, Reyunion, Korsika, Martiniq və digər müstəmləkəçiliklə mübarizəyə həsr olunmuş təxminən 30 beynəlxalq tədbir təşkil etmişik”. A.Abbasov hesabat xarakterli çıxışında Azərbaycanın Fransa müstəmləkəsindən əziyyət çəkən dövlətlərin və kiçik xalqların üzləşdikləri çətinliklərin mənzərəsini açıb göstərmiş oldu.

Tədbirdə müstəmləkəçilik siyasətinin ağır fəsadlarından biri kimi əsarət altındakı yerli xalqlara münasibətdə həyata keçirilən ayrı-seçkilik metodları, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasətinin elmi və metodoloji yanaşmalar əsasında dərindən təhlil olunması maraq doğurur. Bu baxımdan, BMT-nin Afrika xalqlarının Daimi Forumunun Kolumbiyadan olan üzvü Pastor Martinezin çıxışında söylədiklərinə diqqət yetirək:

“Afrikada imperialist və müstəmləkə siyasətinin qurbanlarının davam edən əzablarına son qoymaq lazımdır, onlar müstəmləkə zülmünün nəticələrini bu günə qədər yaşayırlar”. P.Martinezin sözlərinə görə, dünyada risklər hər gün artır, heç kim irqçilik və sosial bərabərsizlikdən sığortalanmayıb:

“Afrika mənşəli insanlar müstəmləkəçilik, transatlantik qul ticarəti və imperializmi yaşayıblar. Onların nəticələri bu gün də hiss olunur. Biz bu gün miqrasiya böhranı, irqçilik, ksenofobiya, iqlim dəyişiklikləri, həmçinin süni intellektin mənfi və qeyri-etik istifadəsi kimi yeni çağırışlarla üzləşirik”.

***

“İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” beynəlxalq elmi konfransın Bakı platformasının acı reallıqlar barədə yenidən düşünmək, daha əvvəl nəzərə alınmayan qrupların səslərini eşitmək, onların Şimali və Cənubi Amerika kimi regionlarda qlobal irsin formalaşmasına töhfələrini qəbul etmək üçün mühüm tribuna olduğu göz qabağındadır.

“Elmi irqçilik” kimi tanınan ideoloji yanaşmalar – yəni, ağ irqin elmdə və hüquqda üstün, digərlərinin isə aşağı olduğunu iddia edən nəzəriyyələr – tarixən ağların üstünlüyünün elmi əsaslarla təbliği üçün istifadə olunub”. Bu maraqlı və kifayət qədər kəskin bəyanatı BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun (PFPAD) üzvü xanım June Christine Marie Soomer öz çıxışında səsləndirdi. O bildirdi ki, kolonializmin zorakılığı, insanlıqdan kənar münasibətləri və ideoloji təsiri hələ də bir çox elmi və institusional strukturlarda davam etməkdədir:

“Mərhum Qana lideri Kvame Nkrumanın da qeyd etdiyi kimi, kolonializm və onunla bağlı düşüncə tərzləri asanlıqla yox olmur. Bu səbəbdən belə düşüncə tərzini dağıtmaq və onlardan azad olmaq üçün davamlı səylərə ehtiyac var”.

Bəli, Qərbin bəzi “beyin mərkəzləri” müstəmləkəçiliyin ideoloji bazasını formalaşdırmaq kimi boyatlaşmış fəaliyyətdən vaz keçməli, XXI əsrin bəşər övladının qarşısına çıxardığı çağırışlara uyğun davranmalıdırlar. Keçən əsrdə qalmış bu zehniyyəti dəyişməkdən ötrü müstəmləkənin fəsadlarını yaşayanlarla yanaşı, özlərini sivil toplum adlandıran inkişaf etmiş ölkələr də qollarını çırmayıb konkret iş görməlidirlər. Bunun ən bariz nümunəsini Azərbaycan sərgiləyir.

***

Əlcəzair Universitetində elmi-tədqiqat işləri üzrə rəhbər Çakib Benhafrinin çıxışında keçmişə verdiyi qiymət və medianın oynadığı mənfi rol barədə dediklərinin konfrans iştirakçılarının yadında qalacağına əminik. Cənab Benhafri dedi ki, tarixçilər və beynəlxalq hüquqşünaslar Əlcəzairin tarixindən danışanda həmişə bu ölkədə aparılan müharibələrə toxunublar:

“Heç vaxt başqa bir söz eşitməmişəm. Elə bir dövr var idi ki, fransız mediası müəyyən obraz yaradaraq onun vasitəsilə çatdırmaq istədiyi fikirləri təqdim edirdi. Həmin təsvirlərdə Afrika barədə müsbət elementə yer verilmirdi. Bu gün isə elə yazır və göstərirlər ki, sanki Fransa olmasa, Afrika dəyişə və inkişaf edə bilməz”.

“Fransanın vaxtilə qana buladığı, müstəmləkəyə çevirdiyi ərazilərdən çıxması vacibdir” – deyən tədqiqatçı, həmçinin bu gün Yelisey sarayının müstəmləkə siyasətinin təbliğinə böyük pullar ayırdığını da vurğuladı:

“Biz keçmiş müstəmləkələrin dördüncü və ya beşinci nəsli olaraq, Fransada doğulub-böyümüşük, bu ölkənin siyasətini aydın şəkildə görə bilirik. Fransa hər zaman öz siyasətinin təbliğatı üçün böyük pullar sərf edərək “sivilizasiya missiyası” adı altında Afrikaya yönəlmiş addımlar atıb. Bu baxış hələ də dəyişməyib”.

“İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” beynəlxalq elmi konfrans barədə qeydlərimizə sözünü sərlövhəyə çıxardığımız Fransada doğulmuş Əlcəzair əsilli alim Çakib Benhafrinin qənaəti ilə nöqtə qoyuruq:

Fransa hakimiyyətində müstəmləkə düşüncəsi hələ də dəyişməyib. Amma Yelisey sarayında əyləşənlər, hətta böyük pulların hesabına, bu ideologiyanı artıq oyanmış və öz haqlarını tələb edən həmin dənizaşırı ölkələrin kiçik xalqlarının beyinlərinə daha pərçim edə bilməyəcəklər.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Azərbaycan müstəmləkəçilikdən əziyyət çəkən kiçik xalqların yanındadır, onların təbii hüquqlarını daim müdafiə edir. Məhz Fransanın timsalında bütün dünya görür ki, yerli xalqların hüquqları kobud şəkildə tapdanır, onlar əzilir, öz dillərində təhsil almaq, danışmaq imkanından məhrum edilirlər. Bu xalqların azadlıq arzuları, müstəqillik uğrunda mübarizəsi Fransa polisinin, ordusunun güc amili ilə üzləşir. Belə bir acınacaqlı vəziyyətdə, təbii ki, Bakının öz sözünü deməyə, müstəmləkə zülmündən əziyyət çəkən xalqların hüquqlarını müdafiə etməyə ixtiyarı var. Biz görürük ki, həmin dənizaşırı ərazilərdəki kiçik ada dövlətlərin aborigen əhalisinə elementar insan hüquqlarından yararlanmağa imkan verilmir. Onlar yalnız fransız dilində danışmağa, övladlarına fransız adları verməyə məcbur edilirlər. Belə dözülməz vəziyyət BMT üzvü olan bütün ölkələr kimi, Azərbaycanı da narahat etməyə bilməz.

Azərbaycan bundan sonra da Fransa müstəmləkəçiliyinə qarşı mübarizəni davam etdirəcək. Amma bu, heç də o demək deyil ki, mübarizəmizi güc tətbiq etməklə aparacağıq. Xeyr! Bakıda öz işinə başlayan beynəlxalq elmi konfrans müstəmləkəçiliyə siyasi-ideoloji təzyiq forması kimi qəbul olunmalıdır. Azərbaycan bu təzyiq formasının müxtəlif variantlarını artıq sınaqdan çıxarıb. Bakı birinci dəfə deyil ki, bu mövzuda tədbirlərin təşkilatçısı və ev sahibi kimi çıxış edir. Azərbaycan paytaxtı dənizaşırı coğrafiyadan, eləcə də Afrikadan olan müstəmləkə qurbanlarının təmsilçilərinə öz haqq sözlərini demək üçün dəfələrlə platforma və tribuna rolunu oynayıb. Onlar ölkəmizin bu sahədə xidmətlərini, Azərbaycan hakimiyyətinin təşəbbüslərini yüksək qiymətləndirirlər.

Bakıda növbəti beynəlxalq konfransın keçirilməsi təkcə Azərbaycanın deyil, tədbirə qatılmış BMT rəsmilərinin, beynəlxalq ekspertlərin, kiçik xalqların təmsilçilərinin maraqlarına tam cavab verir.

İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyun 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see434

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see197

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see123

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see114

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see114

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see113

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see112

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see112

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see111

Özbəkistan Mərkəzi Bankı dünyada ən çox qızıl satan ölkə olaraq qalır

04 İyun 2025 08:40see110

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see110

Orban Ukraynanın Aİ üzvlüyünə etiraz etdi

04 İyun 2025 08:26see110

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri