Fransa “Rafale” qırıcılarını 10 Avropa ölkəsində yerləşdirməyi planlaşdırır
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa nüvə silahı ilə təchiz edilmiş "Rafale” qırıcılarının 10 Avropa ölkəsində yerləşdirilməsi planını müzakirə edir.
Bu barədə "The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Qeyd olunur ki, müttəfiqlərlə ikitərəfli danışıqlar Fransa Prezidenti Emmanuel Makronun daha əvvəl "qabaqcıl çəkindirmə” adlandırdığı plan çərçivəsində aparılır. Bu strategiyaya əsasən, Paris Avropa ölkələrində "Rafale” qırıcılarını yerləşdirməklə yanaşı, müvafiq infrastruktur yaratmağı, rabitə vasitələrini və erkən xəbərdarlıq sistemlərini təmin etməyi, həmçinin müttəfiqlərlə kəşfiyyat məlumatlarının mübadiləsini təşkil etməyi planlaşdırır.
WSJ-nin məlumatına görə, hazırda 10 ölkə Fransanın "qabaqcıl çəkindirmə” planına maraq göstərib. Bunlar Belçika, Böyük Britaniya, Yunanıstan, Danimarka, Niderland, Norveç, Polşa, Finlandiya, Almaniya və İsveçdir.
Qəzet əlavə edib ki, Latviya, Litva və Estoniya bu siyahıya daxil deyil. İtaliya isə Fransanın "nüvə klubuna” qoşulmaqdan imtina edib.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 26 Oktyabr 2026 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















