Icma.az
close
up
RU
Fransa Rusiyanın “narkotik” iddiasına cavab verib

Fransa Rusiyanın “narkotik” iddiasına cavab verib

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makronun ofisi, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Avropa liderləri narkotik istifadə edir” iddialarına cavab verib. 


Sherg.az xəbər verir ki, Yelisey  sarayından yayılan  açıqlamada, bu iddiaların “koordinasiyalı dezinformasiya kampaniyası” olduğu bildirilib.

Zaxarovanın Telegram kanalında paylaşdığı görüntüdə Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Mers və Böyük Britaniya Baş naziri Kir Starmer yer alırdı. Kadrlarda Makronun masanın üzərindəki ağ rəngli maddəni əli ilə gizlətdiyi görülürdü. Zaxarova bu maddənin narkotik olduğunu və bir çox Avropa liderinin narkotik istifadə etdiyini iddia etmişdi.


Yelisey  Sarayı “X” sosial media platformasında paylaşım edərək iddiaları qınayıb və bildirib:

“Avropa birliyi bəzi dairələri narahat etməyə başlayanda, dezinformasiya o həddə çatır ki, adi bir salfetka belə narkotik kimi göstərilir.”

Yelisey  Sarayı həmçinin vurğulayıb ki, bu cür “yalan xəbərlər Fransanın daxili və xarici düşmənləri tərəfindən yayılır” və əlavə edib:

“Manipulyasiyaya qarşı ayıq olmalıyıq.”

Fransanın paylaşımında Zaxarovanın iddialarına səbəb olan görüntülərə də yer verilib. Ağ maddənin yaxın plan fotoları ilə birlikdə bu sözlər qeyd olunub:

“Bu, burnunuzu silmək üçün istifadə olunan bir salfetkadır.”

Avropa liderlərinin bir yerdə çəkildiyi fotoda isə “Bu, Avropa birliyidir. Sülhü qurmaq üçün” ifadəsi yazılıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Avropa liderlərini narkotik istifadə etməkdə ittiham etdiyi paylaşımında bunları qeyd etmişdi:

“Avropanın taleyi hər mənada asılılıq içində olanlar tərəfindən müəyyənləşdirilir.”

Zaxarova əlavə etmişdi:

“2022-ci ildə qərbli bir ölkənin səfirinə belə bir sual verdim: İllərdir kokain istifadə edən qeyri-sabit narkoman (Ukrayna Prezidenti Volodimir Zelenski) üçün siz necə silah təmin edirsiniz? O isə mənə belə cavab vermişdi: Bu, Avropa Birliyi üçün adi haldır. Bir çox qərb lideri bunu istifadə edir.”

Zaxarovanın paylaşdığı görüntü ilə bağlı bəzi sosial media hesablarında aparılan yoxlamalarda masanın üzərində görünən ağ rəngli şeyin sadəcə salfetka olduğu qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 May 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see212

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see202

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see199

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see192

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see185

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see182

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see178

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see175

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see174

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see172

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see169

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see168

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see166

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see165

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see164

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see162

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see162

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see161

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri