Fransa Senatı 2025 ci il büdcəsini təsdiqləyib
Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif:Ayşən İmanova/Banco.az
Fransa Senatı 2025-ci il üçün büdcəni təsdiq edərək Konstitusiya Şurasına göndərib.
Banco.az xəbər verir ki, şuranın təsdiqindən sonra prezident Emmanuel Makron qanun layihəsini imzalaya biləcək.
Büdcə 2025-ci ildə kəsirin 5,4 %-ə qədər azaldılmasını nəzərdə tutur. Bu da dövlət xərclərinin azaldılması və zəngin vətəndaşlar, eləcə də korporasiyalar üçün vergilərin artırılması hesabına əldə ediləcək. Eyni zamanda, büdcədə hərbi xərclərin 2024-cü illə müqayisədə 3,3 milyard avro artırılması nəzərdə tutulur.
Agentlik qeyd edib ki, baş nazir Fransua Bayru xüsusi konstitusiya səlahiyyətlərindən istifadə edərək qanun layihəsini irəli sürüb. Çünki onun sələfi 2024-cü ildə qanun layihəsinin qəbul edilməsinə nail ola bilməyib. Bu, müxtəlif siyasi qüvvələrlə çoxhəftəlik müzakirələr fonunda baş verib.
Qanun layihəsinin lehinə 219, əleyhinə 107 senator səs verib. Beləliklə, qanun layihəsi qəbul edilmiş hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 07 Fevral 2025 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















