Fransa və Britaniya da Ukraynaya Rusiya dərinliklərinə raket zərbəsinə icazə verib
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-dan sonra Fransa və Böyük Britaniya da SCALP/ “Storm Shadow” uzaqmənzilli raketləri ilə Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib.
Bu barədə mötəbər mənbələrinə istinadən “Le Figaro” qəzeti məlumat yayıb.
Məlumat hələlik Fransa və Böyük Britaniya rəsmiləri tərəfindən təsdiq olunmayıb.
Qeyd edək ki, az əvvəl ABŞ prezidenti Co Baydenin də anoloji olaraq Ukraynanın Rusiya ərazisinə uzaq mənzilli ATACMS tipli raketlərdən istifadə etməklə zərbə endirməsinə icazə verdiyi ilə bağlı məlumat yayılmışdı.
SCALP/“Storm Shadow” raketlərinin uçuş məsafəsi ABŞ-ın ATACMS raketlərindən də uzundur. Raketlərin ixrac versiyasının uçuş məsafəsi 290 km, adi versiyaların uçuş məsafəsi isə 560 km-dir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 18 Noyabr 2024 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















