Icma.az
close
up
RU
Fransa və digər ölkələr İsveçin ağır iqtisadi dərslərindən nə öyrənə bilər?

Fransa və digər ölkələr İsveçin ağır iqtisadi dərslərindən nə öyrənə bilər?

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 oktyabr, AZƏRTAC

İsveçin sabiq maliyyə naziri Yoran Persson 1990-cı illərin əvvəllərindəki maliyyə böhranı dövründə “Wall Street” investorlarını ölkəsinin istiqrazlarını almaqda davam etməyə razı salmaq məqsədilə Nyu-Yorka səfər etdikdə, o, tarakanlarla dolu ucuz bir oteldə qalmışdı. Bu, İsveç Maliyyə Nazirliyinin “israfçılığa tamamilə son qoymaq” prinsipli sərt siyasətini əks etdirirdi. Daha sonra Baş nazir olmuş Persson bunu 1997-ci ildə nəşr etdirdiyi “Borclu olan azaddır” adlı kitabında yazır.

AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin yazdığına görə, nazirlərin səfərlərinə qənaət etmək, sərt iqtisadi qənaət siyasətinin illərlə aparılan geniş kampaniyasının yalnız kiçik bir hissəsi idi. Məhz bu siyasət İsveçə bir çox Avropa ölkələrində çatışmayan maliyyə müstəqilliyini qazandırdı. Bunun nəticəsində İsveç bu il müdafiə, enerji və vergi azaldılması üçün on milyardlarla vəsait ayıraraq son onilliklərin ən böyük dövlət xərcləri paketini həyata keçirə bilib.

Digər ölkələr, xüsusilə büdcə böhranının dərin girdabında olan Fransa üçün dərslər sadə, lakin yerinə yetirilməsi çətindir: birincisi, siyasətçilər hərəkətə keçməyə hazır olana kimi vəziyyət çox pis həddə çata bilər; ikincisi, seçicilərin, həmkarlar ittifaqlarının və müxalifət partiyalarının dəstəyi uzunmüddətli uğur üçün həlledici əhəmiyyət daşıyır.

Nəhayət, güclü qlobal iqtisadiyyat və əlverişli zaman həqiqətən də mühüm rol oynayır.

Onilliklər boyu imkanlarından artıq xərcləmələr nəticəsində İsveçin dövlət borcu 1994-cü ilə qədər təxminən iki dəfə artaraq 1990-cı ildəki 44 faizlə müqayisədə ÜDM-in 80 faizinə çatmışdı. Büdcə kəsiri ən pis halda 12 faizə yüksəlmiş, investorların etimadı sarsılmış, “Riksbank” isə faiz dərəcələrini qısa müddətlik 500 faizə qaldırmışdı.

Hökumət sosial təminat, müdafiə və təhsil xərclərini ÜDM-in 8 faizi həcmində ixtisar etmişdi. İqtisadiyyat üç il ardıcıl olaraq 1 faizdən çox kiçilmiş, işsizlik kəskin artmış, bankların kredit itkisi böyümüşdü. Bu, 1930-cu illərin Böyük Depressiyasından bəri İsveçin ən ağır tənəzzül dövrü idi.

Hökumət xərclərə məhdudiyyət qoyaraq bütün iqtisadi dövr üçün büdcəyə profisit daxil etmişdi. Şəxsi yığımların stimullaşdırılması və kapital bazarlarının inkişafı üçün pensiya sistemində islahatlar aparılmışdı, həmkarlar ittifaqları və işəgötürənlər əməkhaqqı artımının məhdudlaşdırılması barədə razılığa gəlmişdilər.

Zəifləyən milli valyuta ixracı stimullaşdırdığı üçün bu islahatlar tədricən nəticə verməyə başladı, belə ki, 1994-cü ildə iqtisadi artım 4,1 faiz təşkil etmiş, on il ərzində dövlət borcu ÜDM-in 50 faizindən aşağı düşmüşdü.

“Bir-birini əvəz edən hökumətlər bu kursa sadiqliyini qorunub saxlayırdı”, – deyə “Reuters” agentliyinə İsveçin maliyyə naziri Elizabet Svantesson bildirib. “Bir konsensus mövcuddur ki, bu da İsveçin üstünlüyüdür”.

“Eurostat”ın məlumatına görə, pensiya yaşı ilə bağlı məsələnin hələ də aktual qaldığı Fransada pensiya xərcləri ÜDM-in 13 faizindən çoxdur. Halbuki, bu göstərici İsveçdə 10,7 faiz təşkil edir. Əgər səhiyyə və digər sosial təminat xərcləri də nəzərə alınarsa, fərq daha da artır.

Bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq, İsveç 2008–2009-cu illərin maliyyə böhranından və COVID pandemiyasından ciddi borc artımı olmadan çıxıb.

Lakin İsveçin yolunu təkrarlamaq artan borcla üzləşmiş Fransa və digər avrozona ölkələri üçün çətin olacaq.

Nəticə etibarilə, bəzi ekspertlərin fikrincə, Fransa hələ İsveçin 1990-cı illərdə, eləcə də 20 il sonra avrozonanın suveren borc böhranı dövründə İrlandiya, Portuqaliya, İtaliya və Yunanıstanın keçdiyi tənəzzül həddinə çatmayıb.

Bütün iqtisadi çətinliklərə baxmayaraq, Fransa hələ də 3,35 faiz dərəcə ilə kifayət qədər münasib şərtlərlə borc almaq imkanına malikdir ki, bu da ona vəziyyəti çətinliklə də olsa idarə etməyə imkan verir.

“Vəziyyət xeyli pisləşməlidir ki, Fransa fiskal problemlərini digər Avropa ölkələri kimi həll etməyə məcbur qalsın”, – deyə “Capital Economics” şirkətinin Avropa üzrə iqtisadçısı Adrian Prettecon bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri