Icma.az
close
up
RU
Fransa vergi idarəsində üçüncü məlumat sızması təsdiqlənib

Fransa vergi idarəsində üçüncü məlumat sızması təsdiqlənib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paris, 19 avqust, AZƏRTAC

Yeni kibertəhlükəsizlik insidenti əsasən miras və vərəsəliklə bağlı məlumatlara təsir edib.

AZƏRTAC xəbər verir ki, Fransanın Vergi Baş İdarəsi (DGFiP) son vaxtlar quruma qarşı həyata keçirilən kiberhücumlar çərçivəsində üçüncü məlumat sızmasının baş verdiyini təsdiqləyib.

DGFiP-nin baş direktoru Ameli Verdierin sözlərinə görə, yeni məlumat sızması vərəsəliklərlə bağlı məlumatlara aiddir. O bildirib ki, təhlükəsizlik boşluğu müəyyən edilib və qısa müddət ərzində aradan qaldırılıb.

Bu hadisə avqustun 14-də DGFiP tərəfindən təsdiqlənmiş iki əvvəlki kiberhücumdan sonra baş verib. İyunun sonu və iyulun sonunda həyata keçirilən həmin hücumlar nəticəsində ən azı 678 min fiziki və hüquqi şəxsin məlumatları, eləcə də kadastr məlumat bazalarında yer alan təxminən 200 min hesab oğurlanmışdı. Komprometasiya olunmuş məlumatlar arasında ad və soyad, vergi üzrə istinad gəliri, ailə əmsalı və mənbədə vergi tutulması dərəcəsi də yer alıb.

Ameli Verdier deyib ki, sonuncu sızmanın miqyası əvvəlki kiberhücumla müqayisədə xeyli kiçikdir. Bundan əlavə, bu dəfəki məlumatların daha az həssas olduğu və onların bir qisminin ictimaiyyətə açıq hüquqi elanlarda yayımlanan məlumatlarla müqayisə edilə biləcəyi qeyd olunub.

Fransanın Dövlət Xidmətləri və Dövlət Hesabları naziri David Amiel kiberhücumdan zərərçəkən şəxslərdən üzr istəyib və vəziyyətin ciddiliyini etiraf edib.

Fransa hakimiyyəti müxtəlif kiberhücumların mənbəyini, sızdırılmış məlumatların tam həcmini və bununla bağlı şəxslər üçün mümkün nəticələri müəyyənləşdirmək məqsədilə araşdırmaları davam etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Avqust 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri