Yaponiyada üçüncü quş qripinə yoluxma halı təsdiqlənib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 4 noyabr, AZƏRTAC
Yaponiyanın mərkəzi Niiqata prefekturasındakı quşçuluq fermasında yüksək patogenli quş qripinin baş verməsi təsdiqlənib.
AZƏRTAC Yaponiyanın “Jiji press” agentliyinə istinadla xəbər verir ki, prefektura hökuməti ümumilikdə 630 min toyuğun məhv ediləcəyini bildirib. Qeyd edilib ki, ilkin virus testi müsbət nəticə verib və ətraflı genetik analiz aparılıb.
Qeyd edək ki, bu, Yaponiyada quşçuluq fermasında təsdiqlənmiş üçüncü quş qripinə yoluxma halıdır. Ölkədə ilk yoluxma hadisəsi oktyabrın 22-də Hokkaydonun ən şimal prefekturasındakı Şiraoi şəhərində, ardınca isə bazar günü Hokkaydoda olan Eniva şəhərində qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:Yaponiyada quş qripinə görə 560 min toyuq məhv ediləcək
21 Fevral 2026 09:08
Azərbaycanda quş qripinə yoluxma halı baş verib? RƏSMİ CAVAB
08 Yanvar 2026 11:24
ABŞdə quş qripinə yoluxma qeydə alınıb
26 Dekabr 2024 17:34
ABŞdə quş qripinə yoluxma qeydə ALINDI
19 Dekabr 2024 16:29
Ölkədə quş qripinə yoluxma aşkarlanmayıb Rəsmi
08 Yanvar 2026 11:44
Baxış sayı:94
Bu xəbər 04 Noyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















