Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Fransa yenidən siyasi böhran içində

Fransa yenidən siyasi böhran içində

Icma.az, 525.az saytına istinadən bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Fransada yenidən siyasi böhran hökm sürür. Baş nazir Fransua Bayru hökuməti ciddi etimadsızlıqla üzləşib. Buna səbəb hökumətin qənaət tədbirləri, xərcləri azaltmaqla bağlı planıdır. Qeyd edək ki, 2024-cü ildə Fransanın büdcə kəsiri ÜDM-in 5,8 faizə çatıb. Bu da Avropa İttifaqının 3 faizlik həddini demək olar iki dəfə üstələyir. Fransa parlamentinin aşağı palatasının (Milli Assambleyanın) fikir ayrılıqları ucbatından ötən ilin yayından büdcəni qəbul edə bilmədiyindən dövlət yeni vəsaitlər cəlb etmək məcburiyyətində qalıb. Borc yükünü azaltmaq üçün Bayru hökuməti təxminən 44 milyard avroluq xərclərin azaldılması planını təklif edib. Buraya iki milli bayramın ləğvi və sosial müavinətlərin dondurulması da daxil olmaqla olduqca qeyri-populyar tədbirlər daxildir. Bütün bunlar ölkədə ciddi etirazlara səbəb olub. Xüsusən bayram günlərinin ləğvinə demək olar ki, insanların 80 faizdən çoxu etiraz edir.

Baş nazir məcburiyyət qarşısında parlamentdə hökumətə etimad səsverməsi təşəbbüsü ilə çıxış edib. Məsələ sentyabrın 8-də Milli Assambleyada səsverməyə çıxarılacaq. Buna baxmayaraq, artıq bir neçə əsas müxalifət partiyası, - Əyilməz Fransa (LFI), ifrat sağçı Milli Birlik (RN) və Sosialist Partiyası (PS), – Bayru hökumətinin əleyhinə səs verəcəklərini açıqlayıblar. Bu isə hökumətin süqutu ehtimalını olduqca real edir.

Baş nazir özü etimad səsverməsi ilə bağlı qərarını "hesablanmış risk" adlandıraraq, "hərəkətsizliyin ölkənin suverenliyi və maliyyə müstəqilliyi üçün daha da böyük təhlükə yaratdığını" deyib. Hakim koalisiyanın Milli Assambleyada mütləq çoxluğa malik olmadığı bir şəraitdə birləşmiş müxalifət cəbhəsi hökumətin istefası ehtimalını yüksək edir. Müxalifət liderləri hazırkı iqtisadi böhranda prezident Emmanuel Makron və onun “makronist” tərəfdarlarını, o cümlədən, Baş nazir Fransua Bayrunu günahlandırır, yeni növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Solçular, həmçinin sentyabrın 10-da genişmiqyaslı tətil planlaşdırıb və hökumətin iqtisadi siyasətinə etiraz olaraq ölkədəki bütün biznes və müəssisələrin tamamilə bağlanmasını təklif edirlər. Bəzi ekspertlər hətta “sarı jiletlilər” hərəkatının geri dönəcəyini düşünürlər. Siyasi qeyri-müəyyənlik maliyyə bazarlarına da mənfi təsir göstərib. Fransanın əsas CAC 40 fond indeksi demək olar ki, 2 faiz azalıb. 10 illik dövlət istiqrazlarının gəlirliliyi mart ayından bəri ən yüksək həddə qalxıb, yəni ölkənin borclanması artmaqdadır.

Fransanın maliyyə naziri Erik Lombar hökumətin süqutu halında ölkənin borcunun miqdarının İtaliyanın borcunu keçə biləcəyi barədə xəbərdarlıq edib. O, bu riski hələlik mümkünsüz adlandırsa da, gələcəkdə Parisin Beynəlxalq Valyuta Fondundan (BVF) yardıma ehtiyacı ola biləcəyini istisna etməyib.

Hazırkı vəziyyət Fransanı hara aparır? Sentyabrın 8-dən sonra proseslər necə inkişaf edə bilər?

Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun eksperti Sergey Fyedorov hesab edir ki, Fransa siyasi böhran içindədir, Baş nazir Bayru parlamentin hökumətə etimad səsverməsi ilə bağlı iclasından sonra hakimiyyətdə qalmaq və vəzifəsini itirməməyə çalışır: “Fransa 40 milyard avrodan çox büdcə vəsaitinə qənaət etməlidir, amma bunu necə edəcəyini heç kim bilmir. Baş nazir Bayru parlamentin sentyabrda başlayacaq iclasında devrilməməsi üçün əlindən gələni edir. Siyasi hakimiyyət böhranı var. Bəziləri beşinci respublikanın, onun institutlarının böhranından danışırlar. Bu, aydındır. Amma bütün bunların necə həll olunacağını hələ heç kim deyə bilməz”.

Britaniyalı ekspert Ceyms Tidmarş isə hesab edir ki, Fransa parlamentində hökumətə qarşıdan gələn etimad səsverməsi ölkə prezidenti Emmanuel Makronun mövqeyinə mənfi təsir göstərə bilər. Onun fikrincə, Fransua Bayru da məğlubiyyətə uğraya bilər və bundan sonra sosial xərclərin azaldılmasına qarşı etiraz kampaniyasının başlanma ehtimalı yüksəkdir.

Ekspert böhranın mərkəzində iqtisadiyyatın dayandığını vurğulayıb. Fransanın cari borcu ÜDM-in 110 faizini ötür. Cari ilin büdcə kəsiri təxminən 47 milyard avro təşkil edir. Bundan əvvəl Bayrou hökumət xərclərinin nəzərəçarpacaq dərəcədə azaldılmasını təklif etdi. Lakin həmkarlar ittifaqları bu ideyanı dəstəkləmədilər. Fransa cəmiyyəti hökumətin insanlara açıqladığından daha çox borcu olduğuna əmindir. Ona görə də etiraz hərəkatı yenidən aktivləşəcək və insanlar küçələrə axışmağa hazırlaşırlar”.

Hökuməti xilas etmək üçün Bayruya 289 səs lazımdır. Bununla belə, Makronun tərəfdarları ilə birlikdə o, cəmi 165 səsi təmin edə biləcək. Parisin aparıcı analitikləri qeyd ediblər ki, hökumətin demək olar ki, heç bir şansı yoxdur.

Milli Assambleyada müxalifət qüvvələrinin sayına gəlincə - LFI (Yeni Xalq Cəbhəsi daxilində): 71 yer, RN (Rassemblement National): 123 yer, Ekoloqlar: 38 yer, Sol Demokratik və Respublikaçı Qrupu (GDR): 17 yer, Sosialist Partiyası (PS): 66 yerə malikdir.

Əgər Bayru hökuməti etimad səsverməsindən keçə bilməzsə, Fransada siyasi qeyri-sabitliyin daha da artacağı istisna deyil. Bunu parlamentdəki siyasi partiya liderlərinin bəyanatları da təsdiqləyir. Məsələn, Əyilməz Fransanın lideri an-Lyuk Melenşon hətta Makronun devrilməsi təklifini irəli sürüb. Ekspertlər bunu daha çox populist təklif hesab etsələr də,  əhali tərəfindən “Hər şeyi bloklayın” şüarının səsləndirilməsini ümumi hakimiyyətə qarşı narazılığın ifadəsi hesab edirlər. Fakt budur ki, Fransa hakimiyyəti aktual problemləri həll edə bilmir, əvəzində sosial tədbirləri ləğv etməyə çalışır. Həmçinin ekspertlər hesab edirlər ki, Makronun vəzifəsindən uzaqlaşdırılmasında çətinliklərdən biri prosedurun özüdür. Belə ki, impiçment elan etmək üçün Konstitusiya Şurası işə qarışmalı, parlamentin iki palatası impiçment üçün 60-70 faiz səs toplamalıdır.

Politoloq Fyedorova görə, Makronu devirmək həm hüquqi, həm də prosessual baxımdan çox çətindir: “Bu, praktiki olaraq mümkün deyil. Məhz buna görə də Makron hər zaman deyirdi ki, istənilən halda səlahiyyət müddəti başa çatana qədər, yəni 2027-ci ilə qədər işləyəcək. Konstitusiyaya görə, o, artıq iki dəfə prezident olub, ona görə də üçüncü dəfə yarışda iştirak etmək hüququ yoxdur”.

Onu da qeyd edək ki, Fransada ötən ildən başlayaraq böhran özünü göstərməyə başlayıb. Hökumət bu böhranı həll etmək iqtidarında deyil, ona görə də Bayru hökumətinin qalmaq şansının sıfra bərabər olduğunu demək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:264
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Avqust 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri