Icma.az
close
up
RU
Fransada Azərbaycanın Milli Film Günü keçirildi FOTOLAR

Fransada Azərbaycanın Milli Film Günü keçirildi FOTOLAR

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Fransanın paytaxtı Parisdə Azərbaycanın Milli Film Günü keçirilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin, UNESCO yanındakı Daimi Nümayəndəliyinin və respublikamızın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə Parisdəki Rex kinoteatrında 2-ci Beynəlxalq “Kino irsi” kino festivalı çərçivəsində baş tutan tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, isveçli fotoqraf və rejissor Mikael Silkebeq və digər şəxslər iştirak ediblər.

Festivalda Azərbaycan M.Silkebeq tərəfindən ölkəmizin UNESCO üzrə Milli Komissiyası və respublikamızın İsveçdəki Səfirliyinin dəstəyi ilə çəkilmiş “Xarıbülbül Əfsanəsi” və “Odin Kodu” sənədli filmləri ilə təmsil olunub.

Tədbirdə çıxış edən E.Abdullayev xarıbülbülün İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edildiyini, həmçinin Azərbaycan Ordusunun zəfər simvoluna çevrildiyini bildirib.

Filmin rejissoru M.Silkebeq çıxış edərək türk xalqlarının mədəniyyətinə olan xüsusi marağından danışıb və qonaqlara filmlərin çəkilişi haqqında məlumat verib.

“Xarıbülbül Əfsanəsi” Azərbaycanın musiqi paytaxtı Şuşanın işğaldan azad olunmasından sonra çəkilmiş ilk sənədli filmdir və onun tarixi əhəmiyyəti, zəngin mədəni irsindən bəhs edir. Filmdə həmçinin qələbə və azadlıq simvoluna çevrilən xarıbülbül çiçəyinin simvolik rolu haqqında da məlumat verilir.

Festival çərçivəsində nümayiş olunan “Odin Kodu” filmi isə Azərbaycan ilə Skandinaviya ölkələri arasında qədim tarixə əsaslanan əlaqələrdən bəhs edir. Filmdə, bu əlaqələrin öyrənilməsinə böyük əhəmiyyət verən məşhur norveçli alim və səyyah Tur Heyerdalın Azərbaycana səfəri, eləcə də Ümummilli Lider Heydər Əliyevlə görüşlər zamanı səsləndirilən fikirlər haqqında məlumat verilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Noyabr 2024 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri