Icma.az
close
up
RU
Fransada Baş nazirin xidmətlərində baş vermiş intiharlarla bağlı istintaq başlayıb

Fransada Baş nazirin xidmətlərində baş vermiş intiharlarla bağlı istintaq başlayıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.


Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Fransada Baş nazirin xidmətlərində çalışan bir neçə dövlət qulluqçusunun intihar etməsi və intihara cəhd göstərməsindən sonra Paris Prokurorluğu "mənəvi təzyiq" və "başqalarının həyatını təhlükəyə atma" iddiaları üzrə ilkin istintaqa başlayıb.

XQ xəbər verir ki, araşdırma iyunun 25-də Baş nazirin yazışmalar xidmətində çalışan və təhlükəsizlik səbəbindən adı dəyişdirilmiş Flore adlı dövlət qulluqçusunun dörd rəhbəri barəsində verdiyi şikayətdən sonra açılıb. O, rəhbərlik tərəfindən uzun müddət sistemli psixoloji təzyiqə məruz qaldığını bildirib. Flore iki ay əvvəl Parisdə dəmiryol relslərinin üstünə atılaraq intihara cəhd göstərib, son anda xilas edilib.

Həmin gün Baş nazirin xidmətlərində çalışan işçilərin nümayəndəsi də prokurorluğa müraciət edərək, işəgötürənin əməkdaşları qorumaq öhdəliyini yerinə yetirmədiyini iddia edib. Müraciətdə son aylarda müxtəlif dövlət xidmətlərində 2 intihar, 2 intihara cəhd və 2 şübhəli ölüm hadisəsinin qeydə alındığı diqqətə çatdırılıb.

Sənəddə qeyd olunub ki, 2025-ci ilin oktyabrında 1 əməkdaş iş yerində intihara cəhd edib. 2026-cı ilin martında 2 dövlət qulluqçusu həyatına son qoyub. İyun ayında isə hökumət binalarından birində gənc əməkdaşın meyiti aşkarlanıb.

Florenin vəkili Kristel Mazza iş şəraitinin pisləşməsini 2024-cü ildə Milli Assambleyanın buraxılması və ardıcıl hökumət dəyişikliklərindən sonra yaranan institusional qeyri-sabitliklə əlaqələndirib. Onun sözlərinə görə, dövlət xidmətlərində təkrarlanan bu cür intiharlar "dövlət miqyaslı qalmaqal" kimi qiymətləndirilməlidir.

Baş nazirin administrasiyası isə psixososial risklərin qarşısının alınmasının uzun müddətdir prioritet olduğunu bildirərək qeyd edir ki, hər bir hadisə ayrıca araşdırılır və inzibati prosedurlar çərçivəsində qiymətləndirilir. Qurum vurğulayıb ki, adıçəkilən əməkdaşların heç biri birbaşa Baş nazirin kabinetində çalışmayıb və hazırda bütün araşdırmalar davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri