Icma.az
close
up
RU
Fransada baş nazirin istefasından sonra Makronun istefası tələb olunur

Fransada baş nazirin istefasından sonra Makronun istefası tələb olunur

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransada ultra-sol "Müqavimətçi Fransa” partiyasının lideri Jan-Lyuk Melanşon baş nazir Sebastyan Lekornünün istefasından sonra prezident Emmanuel Makronun impiçment məsələsinin "dərhal” gündəmə gətirilməsini tələb edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Melanşon "X” hesabında yazıb.

Bazar ertəsi səhər məlum olub ki, Lekornu prezident Makrona istefa ərizəsini təqdim edib. O, bu vəzifədə cəmi 27 gün çalışaraq Fransa tarixində ən qısa müddət baş nazir olan şəxs kimi yadda qalıb.

"Sebastyan Lekornünün istefasından sonra biz 104 deputatın imzaladığı Makronun vəzifədən uzaqlaşdırılması təklifinin dərhal müzakirəyə çıxarılmasını tələb edirik”, – deyə Melanşon bildirib.

Bu çağırışa Respublika Partiyasının sədr müavini David Lisnar da qoşulub. O, "X” hesabında yazıb ki, prezident Makron "hakimiyyət institutlarını qorumaq və parlamentin mənasız buraxılmasından sonra yaranmış qaçılmaz vəziyyətdən çıxmaq üçün” istefa verməlidir.

"Bu vəziyyətə görə əsas məsuliyyət onun üzərindədir... Təhlükə altında olan Beşinci Respublika və ölkəmizin gələcəyidir”, – Lisnar əlavə edib.

Eyni zamanda Fransanın ultrasağ lideri Jordan Bardella Lekornünün gözlənilməz istefasından sonra parlamentin buraxılmasını və növbədənkənar seçkilərin elan edilməsini tələb edib.

Xatırladaq ki, Lekornu 5 oktyabr axşamı yeni hökumətin tərkibini tamamlasa da, hökumət dərhal etimadsızlıq səsi ilə hədələnib. Müdafiə naziri vəzifəsindən gələn Lekornu, Fransua Bayrunun məcburi istefasından sonra baş nazir postuna təyin edilmişdi. Lakin əksər fransızlar onun əvvəlki baş nazirin bacarmadığı əsas məsələni — parlament fraksiyaları ilə büdcə kompromisini tapmaq və etimadsızlıq səsini önləmək — həll edə biləcəyinə inanmırdılar.


Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri