Fransada etiraz aksiyalarının təhlükəsizliyini 76 min polis və jandarm qoruyacaq
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 2 oktyabr, AZƏRTAC
Fransa Daxili İşlər Nazirliyi bu günə planlaşdırılan irimiqyaslı etiraz aksiyaları zamanı təhlükəsizliyi təmin etmək üçün 76 min polis və jandarm cəlb edəcək.
AZƏTAC BFM telekanalına istinadla verir ki, bu barədə Fransanın daxili işlər naziri vəzifəsini icra edən Bruno Retayo jurnalistlərə açıqlaması zamanı bildirib.
Cümə axşamı günü ölkədə hökumətin sərt iqtisadi tədbirlərinə qarşı təxminən 250 etiraz aksiyası gözlənilir. Aksiyalar həmkarlar ittifaqlarının təşəbbüsü ilə keçirilir. Bildirilir ki, ictimai nəqliyyatın fəaliyyətində ciddi dəyişiklik gözlənilmir. Paris metrosu əvvəlki qaydada işləyəcək.
Şəhərətrafı qatarların hərəkətində kiçik fasilələr gözlənilir. Təyyarə uçuşlarında gecikmələr də ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 02 Oktyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















