Fransada həkimlər ciddi səhvə yol veriblər
Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Parisin Henri Mondor Xəstəxanasında xərçəng xəstəliyindən müalicə olunan yaşlı bir kişinin əməliyyat zamanı səhvən sağlam böyrəyi çıxarılıb.
Reyting.az “Radio France”yə istinadla bildirir ki, iyul ayında 70 yaşlarında olan xəstə üzərində onkoloji əməliyyat üçün nefrektomiya (böyrəyin çıxarılması) aparılıb.
Ancaq xəstə sonradan cərrahların onu yanlış əməliyyat etdiyini anlayıb. Bəlli olub ki, həkimlər xəstənin sağlam böyrəyini çıxarıblar.
Lakin adı açıqlanmayan şəxsin indi xəstə böyrəyin ümidinə qalması onun səhhətini daha ağırlaşdırıb.
Xəstənin həyatı hazırda təhlükə altında olmasa da, bu tibbi səhvin uzunmüddətli nəticələri ağır ola bilər. Ailə Parisdəki dövlət xəstəxanalarını idarə edən Assistance Publique-Hopitaux de Paris (AP-HP) təşkilatına qarşı məhkəmə iddiası qaldırıb.
Qeyd edək ki, oxşar hadisə bu ilin əvvəlində ABŞ-da baş vermişdi. Minnesotadan olan 84 yaşlı Vendi Rapaport dalaq əməliyyatı üçün xəstəxanaya yerləşdirilsə də, cərrahlar səhvən onun sağlam böyrəyini çıxarmışdılar.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:Fransada həkimlər 10 günlük tətilə başlayırlar
04 Yanvar 2026 01:37
Fransada həkimlər tətil və etiraz nümayişlərinə başlayırlar
28 Aprel 2025 15:35
Fransada özəl müəssisələrdə çalışan həkimlər tətilə başlayıblar
05 Yanvar 2026 20:59
Fransada ödəniş sistemlərində ciddi nasazlıq
31 Avqust 2025 09:37
Baxış sayı:56
Bu xəbər 25 Sentyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















