Icma.az
close
up
RU
Fransada özəl müəssisələrdə çalışan həkimlər tətilə başlayıblar

Fransada özəl müəssisələrdə çalışan həkimlər tətilə başlayıblar

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransada özəl müəssisələrdə çalışan həkimlər bu gündən tətilə start veriblər. Bu ölkə mediasının məlumatına görə, yanvarın 15-dək davam edəcək etiraz aksiyası həkimlərlə bağlı son illərin ən kütləvi tədbirlərdən biridir. Artıq bir çox şəhərlərdə həkim kabinetləri bağlanıb, bəzi özəl klinikalarda əməliyyat blokları fəaliyyətini dayandırıb. Bununla əlaqədar olaraq, dövlət xəstəxanalarına müraciət edənlərin sayı çoxalıb.

AZƏRTAC xəbər verir ki, tətil 2026-cı il üçün sosial təminat büdcəsində nəzərdə tutulan bir sıra tədbirlərə qarşı yönəlib. Aksiyaya bütün tibbi həmkarlar ittifaqları, koordinasiya qurumları, internlər, tibb universitetlərinin tələbələri və Özəl Xəstəxanalar Federasiyası dəstək verir. Fransa Tibbi Həmkarlar İttifaqları Konfederasiyasının məlumatına görə, aksiyada özəl müəssisələrində çalışan həkimlərin 85 faizdən çoxu iştirak edə bilərlər. Artıq aksiyanın ilk saatlarında 15 mindən çox həkim tətil platformasında qeydiyyatdan keçib.

Fransa Tibbi Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Frank Devulder etiraf edib ki, tətil xəstələr üçün çətinliklər yaradır, lakin özəl tibb sistemi ciddi şəkildə hədəfə alıb. O bildirib ki, gündə təxminən iki milyon konsultasiya həyata keçirən şəhər təbabətinin zəiflədilməsi əhalinin ümumi tibbi xidmətə çıxışını təhlükə altında qoyur.

Narazılığın mərkəzində parlament tərəfindən ötən il dekabrın 16-da qəbul edilmiş sosial təminatın maliyyələşdirilməsi haqqında qanun dayanır. Həkimlər büdcəni maliyyə baxımından “yetərsiz və cəzalandırıcı mexanizmlərlə dolu” hesab edirlər. Xüsusilə, elektron paylaşılmış tibbi dosyedən istifadə etməyən həkimlərə maliyyə sanksiyalarını nəzərdə tutan maddə böyük narazılıq doğurub. Həmin maddə Konstitusiya Şurası tərəfindən ləğv olunsa də, bu, həkimləri qane etməyib.

Bundan başqa, tibbi tariflərin birtərəfli şəkildə azaldılması ehtimalı, müqaviləsiz həkimlərin reseptlərinə görə ödənişlərin ləğvi planı, xəstəlik məzuniyyətlərinə nəzarətin sərtləşdirilməsi və həkimlərin fəaliyyət azadlığının məhdudlaşdırılması ilə bağlı qanun layihələri də narazılıq yaradan səbəblər sırasındadır.

Fransanın səhiyyə naziri Stefani Rist dialoqun davam etdiyini və islahatların həkimlərlə məsləhətləşməsiz aparılmayacağını deyib. Həmçinin o, zərurət yaranarsa, bəzi bölgələrdə həkimlərin işə cəlb edilə biləcəyini diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Yanvar 2026 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri