Fransada ifrat sağçılar hökumətin pensiya islahatını dondurmasına etiraz ediblər
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Paris, 15 oktyabr, AZƏRTAC
Fransa Milli Assambleyasında ifrat sağçı fraksiyasının rəhbəri Marin Lö Pen hökumətin pensiya islahatını dondurmasını “saxta dondurma” adlandırıb və partiyasının daha irəli addımlar atılmasını gözlədiyini bidlirib.
AZƏRTAC xəbər verir ki, O, bunu “France İnter” radiosuna müsahibəsində bildirib.
Marin Lö Pen deyib ki, Milli Birlik Partiyası hökumətin bu qərarını qeyri-ciddi hesab edir:”Əsl islahat Milli Birlik Partiyasının təklifidir”.
O, Sosialist Partiyasının mövqeyinə toxunaraq bildirib:“Biz Sosialist Partiyası kimi deyilik, atılan oyuncağın arxasınca qaçmırıq. Onlar, sadəcə, hökuməti yıxmamaq üçün bəhanə axtarırdılar və seçkilərdən qaçmaq istəyirdilər”.
Marin Lö Pen əlavə edib ki, hökumətə etimadsızlıq göstərilərsə və Milli Assambleya buraxılarsa, Milli Birlik Partiyası seçkilərdə mütləq əksəriyyət əldə etməyə ümid edir.
Qeyd edək ki, Milli Birlik Partiyası Fransadakı növbəti siyasi böhran çərçivəsində mövqelərini gücləndirməyə və ölkə siyasətində əsas oyunçuya çevrilməyə çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 15 Oktyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















