Fransada inflyasiya 2,4 faizə yüksəlib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paris, 29 avqust, AZƏRTAC
Fransada illik inflyasiya avqust ayında 2,4 faizə çatıb. İyulda bu göstərici 2,1 faiz təşkil edirdi. Qiymət artımının əsas səbəbi enerji, xüsusilə neft məhsullarının bahalaşması olub.
AZƏRTAC xəbər verir ki, Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (Insee) açıqladığı ilkin hesablamaya görə, enerji qiymətləri avqustda illik 16,7 faiz artıb. İyul ayında bu artım 12,6 faiz idi.
Ərzaq məhsullarının qiymətləri də yüksəlib. İllik artım 1,1 faiz təşkil edib, təzə məhsulların qiyməti isə 5,8 faiz bahalaşıb. İyulda bu göstərici 3,8 faiz olub.
Emal olunmuş sənaye məhsullarının qiymətlərindəki azalma zəifləyib. Tütün məmulatlarının qiymətləri 3,3 faiz artmaqda davam edib.
Aylıq müqayisədə istehlak qiymətləri avqustda 0,7 faiz yüksəlib. Bu artımın səbəblərindən biri yay endirimlərindən sonra geyim və ayaqqabı qiymətlərinin mövsümə uyğun olaraq bahalaşmasıdır. Enerji və ərzaq qiymətlərindəki artım da aylıq inflyasiyaya təsir göstərib.
Avropa İttifaqı ölkələrində inflyasiyanı müqayisə etmək üçün istifadə olunan uyğunlaşdırılmış istehlak qiymətləri indeksi avqustda illik ifadədə 2,7 faiz artıb. İyulda bu göstərici 2,4 faiz təşkil etmişdi.
Insee bildirir ki, açıqlanan rəqəmlər hələlik ilkin xarakter daşıyır. Yekun nəticələr sentyabrın 15-də dərc olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 29 Avqust 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















