Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Paris, 16 oktyabr, AZƏRTAC
Fransada istehlak qiymətləri sentyabr ayında illik müqayisədə 3,1 faiz artaraq 2024-cü ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb. Bahalaşmaya əsasən enerji daşıyıcılarının və bəzi təzə ərzaq məhsullarının qiymətlərinin yüksəlməsi təsir göstərib.
AZƏRTAC xəbər verir ki, Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (Insee) yekun məlumatlarına əsasən, sentyabrda istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,3 faiz azalsa da, illik inflyasiya 3,1 faiz təşkil edib.
Enerji qiymətləri bir il ərzində 21,3 faiz artıb. Neft məhsullarında bahalaşma 36,2 faizə, dizel yanacağında 44,1 faizə, təbii qazda isə 19 faizə çatıb. Xidmətlərin qiymətləri 2,4 faiz, tütün məhsulları 3,3 faiz, ərzaq məhsulları isə 1,4 faiz bahalaşıb.
İsti hava dalğalarının təsiri ilə bəzi meyvə-tərəvəzlərin qiymətlərində də kəskin artım qeydə alınıb.
Bununla yanaşı, sənaye məhsullarının qiymətləri illik müqayisədə 0,3 faiz azalıb. Çörək və taxıl məhsulları, eləcə də yağların qiymətində də cüzi enmə müşahidə olunub. Zinət əşyaları və saatların qiyməti isə 12,2 faiz artıb.
Insee-nin oktyabr ayı üzrə ilkin inflyasiya göstəricilərini oktyabrın 30-da, yekun məlumatları isə noyabrın 13-də açıqlaması planlaşdırılır. Pərakəndə ticarət sektorunun bəzi nümayəndələri sənaye şirkətlərinin qiymət artımı tələbləri fonunda 2027-ci ilin əvvəlində bahalaşmanın 4 faizə çata biləcəyini proqnozlaşdırırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 16 Oktyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















