Fransada kütləvi iğtişaşlar: 60 nümayişçi yaralandı
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransanın bir neçə şəhərində polislə etirazçılar arasında baş verən şiddətli toqquşmalar nəticəsində azı 60 nümayişçi yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə “Le Fiqaro” nəşri təcili yardım xidmətlərinə istinadla məlumat yayıb.
Qeyd edilir ki, yaralılardan dördünün vəziyyəti ağırdır. Onların hansı şəraitdə xəsarət aldıqları barədə hələlik ətraflı məlumat verilmir.
Toqquşmalarda 18 polisin yaralandığı bildirilir. Lakin bu statistika dəqiq deyil. Belə ki, təkcə Marsel polis prefekturasının hesabatına görə, şəhərdəki iğtişaşlar və talanlar zamanı 19 asayiş keşikçisi yaralanıb. Parisdə isə etirazçıların yandırıcı maddələr atması nəticəsində bir neçə jandarm əməkdaşının ciddi yanıq xəsarətləri aldığı da bildirilir.
Qeyd edək ki, Fransa Daxili İşlər Nazirliyi keçirilən etiraz aksiyaları zamanı 511 nəfərin saxlanıldığını açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 01 Noyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















