Fransada məktəb avtobusu sürücüləri arasında 40 dan çox narkotik aludəçisi aşkarlanıb
Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransada məktəb avtobusu sürücülərinin narkotik və alkoqol testi zamanı 40-dan çox narkotikdən istifadə faktı aşkarlanıb.
Bu barədə Fransanın daxili işlər naziri Fransua Buffe “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Nəqliyyat naziri Filipp Tabaro və hüquq-mühafizə qüvvələrimizlə birlikdə məktəb avtobusu sürücülərinə nəzarət etmək üçün əməliyyat keçirdik. İki gün ərzində aparılan 8 mindən testdən 44-də narkotik, 5-də spirtli içki aşkarlanıb”, - o yazıb.
Qeyd olunur ki, sürücülərin yoxlanılması cümə gününə qədər davam edəcək. Yoxlamalar yanvarın 30-da 15 yaşlı şagirdin ölümü və 24 həmyaşıdının yaralanması ilə nəticələnən məktəb avtobusu qəzasından sonra başlayıb. Şəhərkənarı şose ilə hərəkət edən avtobus yoldan çıxaraq xəndəyə düşüb. İlkin məlumata görə, qəzanın günahkarı insidentdən sonra qanında kannabis istifadəsinin izləri aşkar edilən sürücüdür.
AzNews.az
Baxış sayı:39
Bu xəbər 05 Fevral 2025 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















