Icma.az
close
up
RU
Fransada məktəblərin 30 faizi qəzalı vəziyyətdədir

Fransada məktəblərin 30 faizi qəzalı vəziyyətdədir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paris, 5 sentyabr, AZƏRTAC

Fransada sentyabrın əvvəlində başlayan yeni tədris ili bir sıra problemlərlə müşayiət olunur. Ekoloji və sosial təşkilatların, eləcə də “Greenpeace”, “Oxfam”, “CGT Éducation” və “Snes-FSU” həmkarlar ittifaqlarının daxil olduğu “Alliance écologique et sociale” kollektivi bildirib ki, Fransadakı məktəb binalarının 20-30%-i qəzalı vəziyyətdədir və ekstremal iqlim şəraitinə uyğun deyil.

AZƏRTAC xəbər verir ki, kollektivin bu gün yayımladığı hesabatda məktəblərdə qışda soyuqların, yayda isə dözülməz istilərin hökm sürdüyü qeyd olunur. Bildirilir ki, hətta bəzi məktəblərdə sinif otaqlarının tavanlarından su damır. Belə şəraitdə nə müəllimlərin, nə də şagirdlərin sağlam və effektiv təhsil alması mümkün deyil. 2025-ci ilin iyul ayının əvvəlində baş verən isti hava dalğası nəticəsində 2 mindən çox təhsil müəssisəsi, əsasən ibtidai məktəblər müvəqqəti olaraq fəaliyyətini dayandırmalı olub. Bu, məktəblərin iqlim dəyişikliyinə qarşı hazırlıqsız olduğunu bir daha göstərdi.

“Alliance écologique et sociale” hökumətdən illik 5 milyard avro olmaqla 10 illik ümummilli təmir planı tələb edir. Məqsəd məktəblərin vəziyyətini yaxşılaşdırmaqla yanaşı, onları iqlim dəyişikliklərinə qarşı davamlı və təhlükəsiz hala gətirməkdir.

Ümumilikdə isə Fransada 58 mindən çox məktəb fəaliyyət göstərir. Ekspertlər və müəllim birlikləri təcili və kifayət qədər maliyyələşdirilən uzunmüddətli dövlət strategiyasının vacibliyini vurğulayırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri