Icma.az
close
up
RU
Fransada meşə yanğını: Minlərlə hektar sahə külə döndü

Fransada meşə yanğını: Minlərlə hektar sahə külə döndü

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Fransanın Aude vilayətində 13 min hektarlıq ərazinin külə döndüyü yanğınla mübarizə davam edir. 

Yanğında 1 nəfər həyatını itirib, 9 nəfər isə yaralanıb. 

"Cebheinfo.az" xəbər verir ki, ölkənin cənubunda yerləşən Aude bölgəsinə bağlı Ribaute qəsəbəsində 5 avqust çərşənbə axşamı baş verən yanğın, küləyin və yüksək temperaturun təsiri ilə qısa müddətdə minlərlə hektarlıq sahəyə yayılıb. Yanğına təxminən 2 min yanğınsöndürənlə yanaşı, 2 təyyarə və 4 helikopter cəlb olunub. Tüstülərin onlarla metrə qalxdığı və “Fransada yay mövsümünün ən böyük yanğını” kimi qiymətləndirilən bölgədə gecədən bəri söndürmə işləri davam etdirilir. 

Bölgədəki onlarla qəsəbədə yaşayan sakinlər təxliyə olunub. Sürətlə yayılan yanğına müdaxiləni asanlaşdırmaq məqsədilə Ribaute və Fabrezan qəsəbələri arasındakı RD 212 avtomobil yolu, həmçinin Saint-Laurent-de-la Cabrerisse ilə Lagrasse arasındakı D23 yolu nəqliyyata bağlanıb. 

Yanğınsöndürmə briqadaları dünən baş verən yanğında indiyədək 13 min hektarlıq sahənin külə döndüyünü açıqlayıb. Ekipajlar saatda 45–50 kilometrə çatan külək və isti hava şəraiti səbəbindən yanğını nəzarət altına almaqda çətinlik çəkdiklərini bildiriblər. Digər tərəfdən, yanğının başvermə səbəbi ilə bağlı istintaq başladılıb. 

Ribaute Bələdiyyə Başçısı Alen Kosta TF1 kanalına verdiyi açıqlamada, yanğının səbəbi ilə bağlı araşdırmaların davam etdiyini bildirib. Kosta, yanğının insan səhlənkarlığı səbəbilə baş vermiş ola biləcəyini deyib: “Təəssüf ki, yanğın yolun kənarında başlayıb. Atılmış siqaret izmariti və ya bənzər bir şey ola bilər. Bu gün insanların hələ də bu qədər laqeyd davranması inanılmazdır”. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Avqust 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri