İspaniyada meşə yanğınları: Minlərlə hektar ərazi külə döndü VİDEO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniyanın şimal-şərqində yerləşən Saraqosada meşə yanğınları nəticəsində 12 min hektar ərazi külə dönüb.
Bizim.Media xəbər verir ki, İspaniya dövlət televiziyası RTVE Saraqosa yaxınlığında baş verən meşə yanğınını ilin ən böyük yanğını adlandırıb.
RTVE yanğın səbəbindən ərazidən 1000-dən çox insanın təxliyə edildiyini bildirib.
Yanğından zərər çəkmiş ərazidəki yolların hələ də bağlı olduğu qeyd olunub.
İspaniyanın Qvadalaxara bölgəsindəki La Mierlada baş verən meşə yanğın nəticəsində isə təxminən 5400 hektar əraziyə ziyan dəyib.
Yüzlərlə yanğınsöndürən ölkənin müxtəlif yerlərində davam edən meşə yanğınları ilə mübarizə aparır.
İspaniya Meteorologiya İnstitutu ölkəyə yeni isti dalğasının təsir edəcəyi və bəzi ərazilərdə temperaturun 45 dərəcəyə çatacağı barədə xəbərdarlıq edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 19 İyul 2026 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















