Icma.az
close
up
RU
Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Paris, 15 avqust, AZƏRTAC

Fransada 2027-ci il prezident seçkilərinə səkkiz ay qalmış xarici müdaxilə və dezinformasiya təhlükəsi siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Bir sıra namizədlərin Rusiyaya aid olduğu bildirilən onlayn dezinformasiya kampaniyalarının hədəfinə çevrilməsindən sonra hökumət və siyasi partiyalar seçki prosesinin qorunması ilə bağlı müxtəlif təkliflər irəli sürürlər.

AZƏRTAC xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkəsinin demokratik müzakirələrlə bağlı istənilən xarici müdaxiləyə dözməyəcəyini bildirib. Hökumətin iyulun sonunda təqdim etdiyi qanun layihəsi seçki dövründə saxta məlumatların yayılmasına görə cəzaların sərtləşdirilməsini nəzərdə tutur. Belə hallarda həbs cəzasının üç ilədək və 45 min avro cəriməyədək artırılması, xarici dövlət və ya təşkilatın maraqlarına xidmət edən müdaxilələr zamanı isə daha ağır cəza tətbiqi təklif olunur.

“Əyilməz Fransa” (La France insoumise LFI) seçkilərin müdafiəsi üçün 13 təklif irəli sürüb. Partiya xarici müdaxilələri müəyyənləşdirmək və koordinasiya etmək üçün “Ali Seçki Hakimiyyəti”nin yaradılmasını, seçki dövründə siyasi hədəfləmənin məhdudlaşdırılmasını və süni intellekt vasitəsilə namizədləri gözdən salmaq və ya təbliğ etmək məqsədilə saxta məzmunların hazırlanmasının qadağan edilməsini təklif edir. LFI həmçinin Viginum, ANSSI və CNIL kimi proqramların imkanlarının artırılmasını istəyir.

“Place publique” partiyası isə əsas diqqəti Avropa İttifaqının mövcud qanunvericiliyinə yönəldir. Partiya “Digital Services Act” və “Digital Markets Act” kimi mexanizmlərin böyük texnologiya şirkətlərinə daha sərt şəkildə tətbiq edilməsini tələb edir. Ekoloqlar sosial şəbəkələrin, xüsusilə “X” platformasının daha ciddi tənzimlənməsini, xarici müdaxilə müəyyən edildikdə platformaların seçki dövründə fəaliyyətinin məhdudlaşdırılmasını və media sahəsində plüralizmin gücləndirilməsini təklif edirlər.

Sosialist Partiyası hesab edir ki, Fransada xarici müdaxilələrə qarşı artıq kifayət qədər hüquqi mexanizmlər mövcuddur. Bununla belə, partiya Viginum-un resurslarının artırılmasını və seçki dövründə xarici təsir əməliyyatlarının aşkarlanması və hüquqi təqibi üçün mövcud mexanizmlərin gücləndirilməsini zəruri sayır. “Renaissance” partiyası seçicilərin saxta və təsdiqlənmiş məlumatları ayırd edə bilməsi üçün müdaxilə halları barədə ictimaiyyətin vaxtında məlumatlandırılmasını və seçki qərargahlarının texniki təhlükəsizliyinin artırılmasını müdafiə edir.

Beləliklə, Fransanın əsas siyasi qüvvələri xarici müdaxilə təhlükəsinin mövcudluğu ilə bağlı ümumən həmrəy olsa da, ona qarşı mübarizənin yolları barədə ciddi fikir ayrılıqları qalır. Prezident seçkiləri yaxınlaşdıqca sosial şəbəkələrin tənzimlənməsi, dezinformasiyanın qarşısının alınması və seçki prosesinin xarici təsirlərdən qorunması məsələlərinin siyasi müzakirələrin daha da mərkəzinə keçəcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri