Icma.az
close
up
RU
Fransada yeni tədris ilində məktəblərin əksəriyyətində kadr çatışmazlığı var

Fransada yeni tədris ilində məktəblərin əksəriyyətində kadr çatışmazlığı var

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Paris, 4 sentyabr, AZƏRTAC

Fransada yeni təhsil ili ərəfəsində orta məktəblərin və liseylərin 73 faizində heyət tam deyil.

AZƏRTAC xəbər verir ki, dövlət təhsil müəssisələri müəllimlərinin əsas həmkarlar ittifaqı olan Snes-FSU tərəfindən aparılan bu sorğunun nəticəsi sentyabrın 4-də “franceinfo” tərəfindən açıqlanıb. Sorğunun göstəricisi ölkənin təhsil naziri Élisabeth Born tərəfindən irəli sürülən rəqəmlərlə ziddiyyət təşkil edir. Nazir 2024–2025-ci tədris ilində cəmi 2 500 müəllimin çatışmadığını bildirmişdi. Lakin Snes-FSU-ya görə real vəziyyət daha ağırdır.

Sorğu göstərir ki, məktəblərin əksəriyyətində bir və ya bir neçə müəllim, təhsil üzrə baş məsləhətçi, təhsil psixoloqu, əlilliyi olan şagirdlər üçün müşayiətçi və ya təhsil assistenti çatışmır. Snes-FSU bu vəziyyəti bütün sahələrdə kadr çatışmazlığının acı göstəricisi adlandırır. “Bu gün gənclər psixoloji çətinliklərlə üzləşir, mürəkkəbləşən dünyada daha çox yetkin insana ehtiyac duyurlar, amma məktəblərdə personal çatışmazlığı bu ehtiyacı cavabsız qoyur”, - deyə həmkarlar ittifaqı vurğulayır.

Statistikaya əsasən, dövlət məktəblərinin 55 faizində ən azı bir müəllim çatışmır. Bu rəqəm ötən il 56 faiz idi. Ən çox ehtiyac duyulan fənlər arasında fransız dili, riyaziyyat, ispan dili və iqtisadiyyat-idarəetmə sahələri qeyd olunur. Snes-FSU bildirib ki, bu, nazirlərin illərlə davam edən tədbirsizliyinin nəticəsidir.

Həmkarlar ittifaqı fiziki qüsurlu şagirdlərin təhsilə inteqrasiyasının ciddi şəkildə təhlükə altında olduğunu qeyd edir. Kadr çatışmazlığı yeniyetmələr arasında psixi sağlamlıq problemlərinin artdığı bir dövrdə baş verir və hökumətin elan etdiyi prioritetlərlə uyğun gəlmir.

Kadr çatışmazlığı bütün ölkə üzrə hiss olunur, lakin bəzi akademiyalarda vəziyyət daha acınacaqlıdır. Lion və Kretel akademiyalarında – məktəblərin 75 və 72 faizi, Normandiyada 57,5 faizi, Lilldə 55 faizi, Eks-Marseldə 41 faizi kadr çatışmazlığından təsirlənib. Bu fərqliliklər, həmçinin bölgələr üzrə təhsil resurslarının qeyri-bərabər bölüşdürüldüyünü göstərir.

Snes-FSU-nun sorğusu Fransada təhsil sistemində dərin struktur problemlərin mövcud olduğunu bir daha üzə çıxarır. Yeni dərs ilinə ciddi kadr çatışmazlığı ilə başlamaq, xüsusilə də sosial və psixoloji çətinliklər yaşayan gənclərin gələcəyi üçün ciddi təhlükə yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri