Icma.az
close
up
RU
“COVID 19 vaxtında da xəstələrin əksəriyyətində D vitamini çatışmazlığı var idi”

“COVID 19 vaxtında da xəstələrin əksəriyyətində D vitamini çatışmazlığı var idi”

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Pandemiya dövründə koronavirusu ağır keçirən xəstələrin əksəriyyətində D vitamini çatışmazlığı var idi”.

Bunu “Yeni Sabah”a həkim-terapevt Şahvələd Məmmədov bildirib.

Onun sözlərinə görə, D vitamini orqanizm üçün olduqca vacib elementlərdən biridir: pizza mizza

“Əslində, D vitamini təkcə vitamin deyil, həm də hormon kimi fəaliyyət göstərir. Günəş şüalarının təsiri nəticəsində orqanizmdə sintez olunur və orqanizmdə müəyyən normativ göstəriciləri var. Bu göstəricilər normadan aşağı düşdükdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Böyüklərdə osteoporoz, osteomalasiya kimi sümük xəstəlikləri, uşaqlarda isə raxit və raxitəbənzər hallar müşahidə oluna bilər”.

Ş.Məmmədov vurğulayıb ki, məhz buna görə də uşaqlara doğulduğu gündən etibarən, adətən, 1 yaş 6 ayına qədər həkim təyinatı ilə profilaktik olaraq D vitamini verilir:

“D vitamininin əsas funksiyalarından biri bağırsaqlarda kalsium və fosforun sorulmasını təmin etməkdir. Eyni zamanda, immun sisteminin normal fəaliyyətində də mühüm rol oynayır. Pandemiya dövründə də müşahidə olundu ki, COVID-19-u ağır keçirən xəstələrin əksəriyyətində D vitamini çatışmazlığı var idi. Belə hallarda xəstələrə analiz nəticələrinə uyğun olaraq D vitamini təyin edilir, orqanizmdə yaranmış çatışmazlıq aradan qaldırılırdı. Lakin D vitamininin həddindən artıq, yəni gündəlik və ya aylıq normadan artıq qəbul edilməsi də ciddi fəsadlara səbəb ola bilər. Buna görə bu vitamin yalnız həkim məsləhəti və təyinatı ilə qəbul edilməlidir”.

Ş.Məmmədov qeyd edib ki, pandemiya dövründə immun sisteminin zəifləməsi və virusun orqanizmə təsiri nəticəsində D vitamini çatışmazlığına daha çox rast gəlinirdi:

“Buna görə də həm uşaqlarda, həm də böyüklərdə ən çox təyin olunan preparatlardan biri də D vitamini idi. Uşaqlar və böyüklər üçün D vitamininin dozası fərqlidir. Uşaqlarda 1 yaş 6 ayına qədər profilaktik məqsədlə gündəlik qəbul tövsiyə olunur. Böyüklərdə isə doza analiz nəticələrinə əsasən müəyyən edilir və gündəlik, həftəlik və ya aylıq şəkildə təyin oluna bilər. D vitamini damcı, tablet və ampul formasında mövcuddur. Hansı preparatın və hansı dozanın uyğun olacağı isə hər bir xəstəyə fərdi qaydada həkim tərəfindən müəyyən edilir”.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 İyul 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri