Fransadakı tədbirdə Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi bölüşülüb FOTO
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Fransada Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Korporativ Tərəfdaşlıq Şurası Həftəsi keçirilib. Açılış tədbirində çıxış edən BNF-nin Baş katibi Yunq Ta Kim dayanıqlı nəqliyyat sistemlərinin formalaşmasında tərəfdaşlığın həlledici rolundan danışıb. Azərbaycanın Foruma prezidentlik dövründə daha yaxşı əlaqələndirilmiş dünyaya töhfə vermək istədiyini yüksək qiymətləndirib.
"Unikal" xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ölkəmizin BNF-yə prezidentliyi çərçivəsində mühüm təşəbbüslərlə çıxış etdiyini vurğulayıb. Bildirib ki, rəqəmsal bağlantı və şəhər nəqliyyatının inkişafı üzrə siyasət tövsiyəsi hazırlanıb, qlobal platformalarda fəal iştirak təmin olunur, həmçinin prezidentliyin BNF tədqiqat platformalarına töhfəsi artır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Parisə ezam olunan nümayəndəsi Əliş İsmayılov qeyd edib ki, müasir dövrdə dayanıqlı nəqliyyat həm infrastruktura, həm də idarəetmə, koordinasiya, məlumat və etimada əsaslanır. O, ölkəmizdə nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətindən də danışıb. Nəqliyyatı Əlaqələndirmə və Tranzit Yükdaşımalar üzrə Koordinasiya şuralarının, AZCON Holding-in yaradılmasının bu baxımdan mühüm mexanizm olduğunu vurğulayıb.
Azərbaycan həmçinin “Dayanıqlı nəqliyyatın idarə edilməsi” adlı paneldə təmsil olunub. Korporativ Tərəfdaşlıq Şurası Həftəsində fəal iştirak ölkəmizin nəqliyyatın gələcəyi üçün dialoq və əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu bir daha nümayiş etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 02 Fevral 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















