Icma.az
close
up
RU
“Fransanı əsassız ittihamları kənara qoymağa dəvət edirik” Abbas Abbasov

“Fransanı əsassız ittihamları kənara qoymağa dəvət edirik” Abbas Abbasov

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

“Fransa hökumətini əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət edirik”.
Bizim.Media xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Fransa rəsmilərinin təşkilata qarşı səsləndirdiyi əsassız ittihamlara cavab olaraq report.az-a bildirib.
“Bildiyiniz kimi təməli Azərbaycanda qoyulan Beynəlxalq Dekolonizasiya Cəbhəsinin 2025-ci ilin 23-24 yanvarında Kanakidə (Yeni Kaledoniya) Konqresi keçirilib. Fransa rəsmiləri müstəmləkələrin dekolonizasiya prosesini Fransanın daxili işi adlandırır və bu xüsusda, Bakı Təşəbbüs Qrupunu (BTQ) Fransanın daxili işlərinə müdaxilədə ittiham edir. BTQ iddiaları qətiyyətlə rədd edir və pisləyir”, - A.Abbasov deyib.
Onun sözlərinə görə, dövlət bayrağımızın Kanakidə dalğalandırılması kanak xalqının Azərbaycana və onun liderinə minnətdarlıq jestidir.
“Fundamental insan hüquqları, habelə insanların azad olmaq istəyi bir ölkənin daxili işi sayıla bilməz və özünü demokratiyanın beşiyi adlandıran Fransada rəsmilər bunu yaxşı dərk edir. XXI əsrdə müstəmləkəçiliyə yer yoxdur və həmin ərazilərin bu hüququ adaların əsl sahibi olan xalqlara münasibətdə təcili tanınmalıdır. Harada olmasından asılı olmayaraq, azadlıqlar ümumbəşəri dəyərdir və ona hamı tərəfindən hörmət edilməlidir”, - BTQ-nin icraçı direktoru bildirib.
A.Abbasov vurğulayıb ki, BTQ müstəmləkəçiliyə qarşı mübarizə aparan beynəlxalq QHT kimi öz mandatına uyğun olaraq dekolonizasiya prosesini əsas hədəfi elan edib və bu istiqamətdə qanuni fəaliyyət göstərir:
“Müstəqil olmaq koloniyaların haqqıdır. Bu həm də tarixi ədalətin bərpası kimi qiymətləndirilə bilər”.
O, beynəlxalq təşkilatları və ictimaiyyəti bu işdə BTQ-yə dəstək olmağa çağırıb.
Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro Azərbaycanı dənizaşırı ərazilərin işlərinə qarışmaqda ittiham edib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Yanvar 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri