Icma.az
close
up
RU
Fransanın Azərbaycana qarşı çirkin mövqeyi: Deputat qarayaxma kampaniyasının səbəblərini AÇIQLADI Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Fransanın Azərbaycana qarşı çirkin mövqeyi: Deputat qarayaxma kampaniyasının səbəblərini AÇIQLADI Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Fransanın və bu ölkənin uğursuz Prezidenti Emmanuel Makronun ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən 44 günlük müharibənin ilk günlərindən Azərbaycana qarşı həyata keçirilən qərəz, böhtan və qarayaxma kampaniyasının ön sırasında yer almasının çoxsaylı səbəbləri var".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli ötən gün Fransanın Azərbaycandakı səfiri Ann Buayonun XİN-ə çağırılmasına münasibət bildirərkən söyləyib.

Deputat Fransanın Azərbaycana qarşı son illər çirkin və neqativ mövqeyə söykənməsinin səbəblərini açıqlayıb:

"Əsas səbəb Fransanın, artıq ömrünü başa vurmuş Makron qədər uğursuz Minsk qrupu çərçivəsində həyata keçirmək istədiyi planın – Azərbaycan ərazilərinin işğalının qondarma mexanizmlər, yaxud aralıq statusu tətbiq etməklə tam ilhaqına nail olunması, ilhaqın zaman keçdikcə legitimləşdirilməsi, Azərbaycan dövlətinin və xalqının təslimçi sülhə məcbur edilməsi məqsədinin Ali Baş Komandanın strateji zəkası və qətiyyəti, əsgər və zabitlərimizin rəşadəti nəticəsində iflasa uğraması, Fransa və makronkimilərin Cənubi Qafqazda həyata keçirmək istədikləri layihənin tarixin arxivinə gömülməsidir.

Başqa bir səbəb, Azərbaycanın Fransanın və onun yedək təsisatlarının təzyiq və təhdidlərinə qarşı prinsipial və güzəştsiz mövqe sərgiləməsi, Fransanın davam etməkdə olan neomüstəmləkəçilik siyasətini bütün dünyada ifşa etməsi, Parisin istismarçı təzyiqləri altında əzilən koloniyaların Azərbaycanın qətiyyətlə müdafiə etdiyi ədalət prinsiplərinin doğurduğu geniş rezonansdan ruhlanaraq, öz haqlarını qətiyyətlə müdafiəsinə qalxmaları və bu prosesin getdikcə daha geniş vüsət almasıdır. 

Azərbaycanın qətiyyətli və ədalətli mövqeyi Fransanın nəinki Cənubi Qafqaza doğru "atılan” qanlı iştahının qarşısını kəsib, hətta Parisin ayırıcı xətlərini Mərkəzi Asiyaya transfer etmək cəhdlərini də buxovlayıb. Makronu daha da qəzəbləndirən, "gözlərini hədəqədən çıxaran” əsas amil isə Fransanın və onun yedək təsisatlarının, hibrid informasiya təxribatı resurslarının, proksilərinin Azərbaycana qarşı apardıqları kampaniyaların nəticə verməməsi, ölkəmizin mövqeyinə hər hansı bir təsir göstərməməsidir".

Mikayıl Mirzəzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Noyabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri