Icma.az
close
up
RU
Fransanın beynəlxalq nüfuzu güngündən sarsılır

Fransanın beynəlxalq nüfuzu güngündən sarsılır

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cari ilin dekabr ayının 17-də Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibə verib. Dövlətimizin başçısının müsahibəsində səsləndirdiyi fikirlər, dilə gətirdiyi həqiqətlər Fransa prezidenti Emmanuel Makronun siyasi karyerasına öldürücü zərbədir. Makron bu zərbəni haqq etmişdi. Çünki o, təcavüzkar Ermənistanın yanında dayanaraq ölkəmizə qarşı ədalətsiz siyasət yürüdürdü. Prezident İlham Əliyevin də vurğuladığı kimi Fransa Azərbaycanı nüfuzdan salmaq üçün hər üsuldan istifadə edirdi. Erməni lobbisinin nökərinə çevrilən Makron Azərbaycanla münasibətlərin korlanmasının əsas günahkarıdır. Rəsmi Bakı hər zaman Fransa ilə yaxşı münasibətlərin tərəfdarı olub. Bu məqamı Prezident İlham Əliyev də sözügedən müsahibəsində xüsusi olaraq vurğuladı: "Bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var... Amma bu əndazəsiz iddialar və Makron hökumətinin əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı. Çünki İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular". Bəs, arada nə baş verdi ki, Fransanın Azərbaycana qarşı münasibəti birdən-birə bu qədər mənfiyə doğru dəyişdi? Cənab Prezident haqlı olaraq bunun səbəbini 44 günlük müharibə ilə, bizim öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etməyimizlə əlaqələndirir. Bəli, İkinci Qarabağ müharibəsindən sonra Makron Fransası gerçək simasını (daha doğrusu, simasızlığını) ortaya qoydu".

Azərbaycanın fransız kolonializminin iyrənc simasını ifşa etməsi Yelisey Sarayında qıcıq doğurur. Azərbaycan Fransanın "dənizaşırı ərazilər" adlandırdığı kiçik dövlətlərin təbii ehtiyatların amansız şəkildə istismar etməsini, talamasını dünya gündəminə daşıyır. Rəsmi Bakı Makron diktaturasının, Makron rejiminin Yeni Kaledoniyada, Mayot adasında, digər yerlərdə törətdiyi qanunsuzluqları, zorakılıqları ifşa edir. Azərbaycan Prezidentinin çıxışları Fransa liderinin ədalətsiz siyasətinin güzgüsünə çevrilir. Makron isə Bakıdan ona ünvanlanan haqlı tənqidlərdən ciddi nəticə çıxarmaq və öz siyasətinə düzəliş etmək əvəzinə Azərbaycanı, onun liderini hədəfə alır. Yelisey Sarayı müxtəlif qeyri-hökumət təşkilatlarını, o cümlədən Fransa mediasını öz “zəncirli köpəkləri” qismində Azərbaycan Prezidentinin üzərinə qısqırdır. Afrikada, Sahel regionunda iflasla üzləşən, Niger, Burkino-Faso və Malidən qovulan, Çaddan çıxmağı tələb olunan, Seneqalda, Livanda uğursuzluqla, Azərbaycanda və Gürcüstanda tam iflasla qarşılaşan Fransa, eyni zamanda, məhz Makronun uğursuz siyasəti ucbatından hazırda həmçinin daxili siyasi böhran məngənəsində çabalayır. Beləliklə, Fransanın beynəlxalq nüfuzu gün-gündən sarsılır, ölkə daxilində isə siyasi təlatümlər səngimək bilmir. Bu da Fransanı perspektivdə daha böyük uğursuzluqlara doğru sürükləyir.

Prezident İlham Əliyev vurğulayıb ki, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub, amma indi belə deyil: “Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir. Baxın, bir neçə misal çəkəcəyəm: Afrikada, Sahel regionunda iflas. Onlara “Əlvida!” dedilər. Niger, Burkino-Faso, Mali. Növbədə Çaddır, bu ölkə artıq onlardan çıxmağı tələb edir. Seneqal – burada prezident dəyişdi və milli ruha malik insan gəldi. Bu, hələ başlanğıcdır. Livanda uğursuzluq, Azərbaycanda tam iflas, Gürcüstanda iflas. Diqqət yetirin, daxili siyasətdə nələr baş verir? Hərc-mərclik! Yeni Baş nazir təyin olunur. Onun əri və ya arvadı, bilmirəm, onlarda bunların hansıdır, xarici işlər naziri təyin edilir. Avropa Parlamentinə seçkilərdə uğursuzluqdan sonra onları “günah keçisi” edirlər. Naftalindən çıxarılmış Barnye təyin olunur və onu da qurban verirlər. İndi yenə kimisə tapırlar. Olmazmı ki, elə özündən başlasın? Əvvəllər sovet dövründə deyildiyi kimi, “özünütənqiddən başlamaq lazımdır”. Prezident “Moody`s” beynəlxalq reytinq agentliyinin Fransanın reytinqini aydan-aya aşağı saldığını deyib. “Artıq “Triple-A”ya çatıb, orada kiçik “A” mövcuddur. Çox kiçik, güclə görünən. Bu iflasdır. Həm də uğursuzluq davam edir. Belə bir iflasın müəllifi kimdir? Cənab Makron. Azərbaycana zərər vermək əvəzinə, bax, bu barədə düşünmək lazımdır. Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb. Heç olmasa, qalanları qoruyub saxlasınlar”.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:285
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Dekabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri