Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

Fransanın diplomatik dönüşü

Fransanın diplomatik dönüşü

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Paris Bakı ilə əməkdaşlığın önəmini anlayır

Noyabrın 4-də Bakıda Fransa və Azərbaycan diplomatları arasında uğurlu danışıqlar aparılıb. Bu barədə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sofi Laqut “X” platformasında etdiyi paylaşımda məlumat verib. Diplomat bildirib ki, müzakirələr Azərbaycan və Fransa prezidentləri arasında son görüşlərin davamı olub.

O qeyd edib ki, Fransa Prezidentinin Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalter və Xarici İşlər Nazirliyinin Avropa üzrə direktoru Bris Rokfeyl Azərbaycana səfər ediblər. “Bertrand Buxvalter və Bris Rokfeyl Azərbaycan Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla Azərbaycan–Fransa münasibətlərini və regional məsələləri müzakirə etmək üçün Bakıya gəliblər”, – deyə səfir bildirib.

Əlbəttə, fransız diplomat “müzakirələr Azərbaycan və Fransa prezidentləri arasında son görüşlərin davamı olub” deyərkən 2025-ci ildə keçirilən 3 görüşü nəzərdə tutur. Həmin görüşlərdən biri may ayının 16-da Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin VI Zirvə toplantısında, ikinci müzakirə oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə ASB-nin VII Zirvə görüşündə, üçüncü təmas isə oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak çərçivəsində baş tutub.

İki dövlət başçısının geniş fikir mübadiləsinin aparıldığı görüş Kopenhagendə keçirilib. Bu görüş zamanı Fransa Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə dövlətimizin başçısını təbrik edib. Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında ABŞ Prezidentinin şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələrin regional sülh gündəliyinin irəli aparılması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlətimizin başçısı hazırda sülh gündəliyinin irəliyə aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd edib. Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Əslində, Kopenhagendə iki lider arasında baş tutan görüş son dövrlərin ən diqqətçəkən diplomatik hadisələrindən biri kimi dəyərləndirilməlidir. Uzun müddət gərginliyin hökm sürdüyü Bakı–Paris münasibətləri üçün bu görüş, əslində, normallaşma prosesinin başlanğıcının anonsu idi. Əgər bir neçə ay öncə Fransa tərəfi regiondakı hadisələrə açıq şəkildə qərəzli münasibət sərgiləyirdisə, indi Makronun Azərbaycan Prezidentini sülh gündəliyi istiqamətində əldə olunan nəticələrə görə təbrik etməsi siyasi tonun dəyişdiyini göstərir.

Prezident İlham Əliyevin “Vaşinqtonda əldə edilmiş nəticələr regional sülh üçün tarixi əhəmiyyət daşıyır” deməsi isə həm Qərbə, həm də Fransaya ünvanlanmış aydın mesaj idi ki, Bakı konstruktiv dialoqa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin bərpasına açıqdır. Görünür, bu mesaj Parisdə düzgün oxunub. Çünki Kopenhagen görüşü qarşılıqlı etimadın bərpa olunması istiqamətində ilk real addım kimi qiymətləndirilir.

Həmçinin, görüş zamanı tərəflərin əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparması onu göstərir ki, Fransa artıq bölgədə yeni reallıqları qəbul etmək zərurətini anlayır. Paris üçün Azərbaycanla münasibətlərin sabit məcraya yönəlməsi təkcə regional təhlükəsizlik baxımından deyil, enerji və iqtisadi əməkdaşlıq kontekstində də əhəmiyyət daşıyır. Beləliklə, Kopenhagendəki dialoq nəinki iki dövlət başçısının görüşü idi, həm də uzun fasilədən sonra Fransa–Azərbaycan münasibətlərində yumşalma mərhələsinin başlanğıcı kimi çıxış etdi. Bu görüş diplomatik dildə sükunətin deyil, yeni mərhələnin, normallaşmanın carçısı idi.

Bundan cəmi iki həftə sonra – oktyabrın 16-da Prezident İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdikdən sonra aparılan fikir mübadiləsi zamanı İlham Əliyev Kopenhagendə E.Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. Səfir də öz növbəsində Azərbaycanla Fransa arasında münasibətlərdə yeni səhifənin açıldığını deyərək, əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən yüksək texnologiyalar və aerokosmik sahələrdə uğurlu inkişafına toxunulub. Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpasının əhəmiyyəti vurğulanıb, qardaşlaşmış şəhərlər arasında əlaqələr qeyd edilib, biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili və müxtəlif layihələrdə Fransa şirkətlərinin iştirakı məsələləri müzakirə olunub. Azərbaycanla Fransanın enerji sahəsində uğurlu tərəfdaşlığı və bu xüsusda ölkəmizlə “Total” şirkəti arasında əməkdaşlığın önəmi qeyd edilib. Söhbət zamanı bir çox sahədə münasibətlərimizin perspektivlərinə dair fikir mübadiləsi aparıldı, əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulandı.

* * *

İndi isə Fransanı təmsil edən yüksək vəzifəli məmurların Azərbaycana səfər etmələri onu göstərir ki, Paris artıq Bakı ilə münasibətlərin normallaşması prosesini yalnız diplomatik jestlərlə deyil, konkret addımlarla davam etdirmək niyyətindədir. Bu səfərlər təkcə protokol xarakteri daşımır, həm də Fransa rəhbərliyinin Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqları qəbul etdiyini, Azərbaycanın regiondakı aparıcı mövqeyini nəzərə almağa məcbur qaldığını nümayiş etdirir.

Buxvalter və Rokfeylin Bakıya gəlişi həm də Fransa diplomatiyasının praqmatik xəttə qayıdışının əlamətidir. Azərbaycanla münasibətləri sırf siyasi deyil, iqtisadi, enerji və texnoloji müstəvidə genişləndirmək istəyi Parisin yeni strategiyasının əsasını təşkil edir. Xüsusilə “Total Energies” şirkətinin Azərbaycanla uğurlu əməkdaşlığı, Avropa üçün enerji təhlükəsizliyinin təminində ölkəmizin mühüm tərəfdaş kimi rolu Fransa üçün bu əlaqələrin dəyərini daha da artırır. Beləliklə, bu səfərlər Parisin Azərbaycanla münasibətləri strateji çərçivəyə salmaq niyyətini təsdiqləyir.

Azərbaycan üçün “Beşinci Respublika”nın mövqeyində baş verən dəyişiklik və bu səfərlər diplomatik uğur kimi dəyərləndirilə bilər. Çünki uzun müddət gərgin münasibətlərdən sonra Fransa kimi böyük dövlətin yüksək səviyyəli rəsmilərinin Bakıya gəlməsi, dialoqa açıq olduqlarını göstərməsi Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı və prinsipial xarici siyasətin nəticəsidir. Azərbaycan öz milli maraqlarını güzəştə getmədən qarşı tərəfi konstruktiv əməkdaşlığa cəlb etməyi bacarıb.

Görünən odur ki, Fransa rəhbərliyi artıq reallığı qəbul edib. Paris başa düşür ki, regionda sabitlik və sülh yalnız Azərbaycanın iştirakı və razılığı ilə mümkündür. Buna görə də Makron iqtidarı indi münasibətləri yenidən qurmaq, etimadı bərpa etmək və itirilmiş diplomatik mövqeləri qazanmaq üçün səy göstərir. Buxvalter və Rokfeylin səfəri məhz bu prosesin konkret başlanğıc nöqtəsi kimi qiymətləndirilə bilər.

Nəticə etibarilə Fransanın yüksək vəzifəli nümayəndələrinin Bakıya səfəri bir diplomatik protokol deyil, yeni siyasi mərhələnin başlanğıcının göstəricisidir. Bu, Parisin “münasibətləri bərpa etmək istəmirik” ritorikasından “birgə əməkdaşlıq imkanlarını müzakirə edirik” reallığına keçididir. Azərbaycan isə bu prosesi təmkinlə, öz şərtləri daxilində idarə edir. Beləliklə, Buxvalter–Rokfeyl səfəri Azərbaycan–Fransa münasibətlərində gərginliyin azalması və dialoqun bərpa olunmasının praktik təsdiqi kimi tarixə düşəcək.

S.HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see323

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see298

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see294

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see251

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see248

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see240

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see228

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see224

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see219

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see209

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see208

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see202

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see198

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see194

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see193

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see191

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see190

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see181

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri