Fransanın kolonial siyasətinə görə kanakların sayı 40 faiz azalıb
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Məqsədimiz Kanakda olan siyasi məhbusların azadlığa çıxmasına nail olmaqdan ibarətdir. Bakı Təşəbbüs Qrupuna bu işdə bizə yardım etdiyinə görə təşəkkürümüzü bildiririk.
Modern.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda kanakların nümayəndəsi Adue Kristelle deyib. O bildirib ki, Fransanın kolonial siyasəti nəticəsində kanakların sayı 1980-ci ildən başlayaraq 40 faiz azalıb. Siyasi mübarizədə iştirak edən 3500 nəfər həbs edilərək türmələrdə öldürülüb. Fransa hökuməti Kanak xalqının təhsilini, dilini, dinini hər addımda məhdudlaşdırır. Xalqımız təhdid və təzyiqlərə məruz qalır. Kanak xalqını qorxudub, onu müstəqillik yolundan döndərməyə çalışırlar. Lakin kanak xalqı Fransanın müstəmləkə siyasətinə qarşı mübarizəsini davam etdirəcək, müstəqillik yolundan dönməyəcək.
Adue Kristelle Bakı Təşəbbüs Qrupuna belə tədbir keçirib azsaylı xalqların hüququnun qorunmasında iştirak etdiyinə görə minnətdarlığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 29 Mart 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















