Əlcəzairlilər Parisdə Fransanın kolonial siyasətinə qarşı etiraz aksiyası keçiriblər VİDEO
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransanın paytaxtı Parisdə əlcəzairlilər bu ölkənin kolonial siyasətinə qarşı etiraz aksiyası keçiriblər.
"Report"un Fransa bürosu xəbər verir ki, aksiya iştirakçıları Fransa hökumətini Əlcəzairdə törətdiyi cinayətləri tanımağa çağırıblar.
Etirazçılar müstəqillik uğrunda canını fəda etmiş əlcəzairli şəhidlərin kəllələrini eksponat kimi Parisdə muzeydə nümayiş etdirməyin insanlığa sığmayan bir rəzalət olduğunu bildiriblər.
Qeyd edilib ki, başları kəsilmiş əlcəzairli əsgərlərin kəllələri Əlcəzairə qaytarılmalıdır.
Aksiya zamanı Fransanın Əlcəzairdə apardığı nüvə sınaqları nəticəsində minlərlə insanın həlak olduğu, yerli əhalinin zorla deportasiyaya məruz qaldığına toxunulub.
Həmçinin, Fransanın Əlcəzairi talan etdiyi, həm maddi, həm də mənəvi sərvətlərini mənimsədiyi bildirilib.
Aksiyada Fransa dövlətindən törətdiyi müharibə cinayətlərini rəsmi şəkildə tanıması tələb olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 17 Fevral 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















