Icma.az
close
up
RU
Fransaya casusluqda ittiham olunan şəxslərin məhkəməsində şahid ifadələrində MARAQLI MƏQAMLAR

Fransaya casusluqda ittiham olunan şəxslərin məhkəməsində şahid ifadələrində MARAQLI MƏQAMLAR

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

İş üzrə şahid qismində ifadə edən K.Y. bildirib ki, əvvəllər Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub, rütbəsi polkovnikdir. O, Martin Ryanı tanıdığını, onunla 2019-cu ildə Bakıda fəaliyyət göstərən "World Business Centre"də tanış olduğunu deyib. K.Y. qeyd edib ki, həmin ərəfələrdə fransız dilini öyrənmək qərarına gəlib və o mərkəzdə fransız dilinin tədris olunduğunu nəzərə alaraq, oraya müraciət edib və orada fransız dilinin tədrisi ilə məşğul olan Martin Ryanla tanış olub. Lakin sonradan Martin Ryanın tədris metodu və qeyri-peşəkar yanaşmasından narazı qalaraq, kursdan ayrıldığını deyib. O bildirib ki, Martin Ryanla tanış olduqdan sonra hərbçi olduğunu görən Martin ondan harada və hansı vəzifədə işlədiyini soruşub və o da DSX-də işlədiyini bildirib. Şahid qeyd edib ki, sonrakı görüşlərdə Martin Ryan ondan Bakıda hansı ünvanda və kiminlə yaşaması barədə ona suallar verib. O da Martinin bu suallarını cavablandırıb.

Digər şahid N.M. ifadəsində qeyd edib ki, "World Business Centre"də fəaliyyət göstərən, xarici dillər üzrə təlimlərin keçirilməsinin təşkili ilə məşğul olan "Linguist" MMC-nin rəhbəri və "Expert Services FZE" MMC-nin icraçı direktorudur. Təxminən 2 ay müddətində Martin Ryan şirkətdə fransız dili üzrə təlim keçib. Həmin müddətdə Martin Ryan DSX-də işləyən K.Y.-yə və Rusiyanın Azərbaycandakı səfirliyində işləyən O.K.-ya fransız dili üzrə təlim keçib. Şahid qeyd edib ki, Fransa səfirliyinin keçirdiyi bir neçə tədbirlərdə Martin Ryanla görüşüb, lakin onunla başqa hər hansı söhbəti olmayıb.

Şahid Z.M. isə bildirib ki, o, 2008-ci ildə tələbə yığıncağında Fransa vətəndaşı, əslən belaruslu olan Qleb Jarkov adlı tələbə yoldaşı vasitəsilə həmin vaxt "Monpelye 3" universitetində təhsil alan Martin Ryanla tanış olub. Şahid bildirib ki, təhsilindən sonra Fransada stabil işi olmadığı üçün Azərbaycana qayıdaraq, müxtəlif dil kurslarında fransız dili müəllimi olaraq işləyib və həmin kurslarda Azad Məmmədli ilə tanış olub. Qeyd edib ki, Azad Məmmədli onun tələbəsi olub. 2019-cu ildə Ramin adlı tələbə yoldaşı ona zəng edib Martin Ryanın Azərbaycana gələcəyini, buna görə də sonuncunun yaşamağı üçün kirayə ev lazım olduğunu bildirib. Sonrakı vaxtlarda bir müddət o, Martinlə birlikdə Bakı şəhərindəki mənzillərin birində kirayə yaşamağa başlayıb. Şahid Z.M. bildirib ki, Azad Məmmədlini sonradan Martin Ryanla o tanış edib. Belə ki, o, 2020-ci ildə Bakıda bulvarda Martin Ryanla gəzişərkən Azad Məmmədli ilə rastlaşıb. Bundan sonra Azad Məmmədli ilə Martin Ryanın dostluq münasibəti yaranıb. Azad Məmmədli həmin vaxtdan sonra Martin Ryanla dəfələrlə təklikdə görüşüb. Şahid qeyd edib ki, Azad bir neçə il əvvəl Şimali İrlandiyaya işləmək üçün gedib. Getməmişdən əvvəl Martin onu Fransa səfirliyinin əməkdaşları Frederik Devos və Loran Qrardla görüşdürüb, həmin vaxt adları çəkilən şəxslər Azadı məxfi əməkdaşlığa cəlb etməyə çalışıblar. Şahid Z.M. bildirib ki, Martin bir dəfə ona Fransa xüsusi xidmət orqanının nümayəndələrinin Azada yazılı formada tapşırığı kitabın arasına qoyub verdiklərini deyib. Azad isə onlardan məxfi əməkdaşlıq etməyin qarşılığında Fransa vətəndaşlığını tələb edib. Martin ona Fransa xüsusi xidmət orqanının İran və Rusiyanın Azərbaycan Respublikasında olan fəaliyyəti ilə yaxından maraqlandığını bildirib.

Şahid deyib ki, o, sonradan əməkhaqqının az olması ilə əlaqədar olaraq əvvəlki işindən çıxıb və Fransa səfirliyinə tərcüməçi vəzifəsi üçün müraciət edib. Belə ki, onun səfirlikdə işləməyi üçün Martin Ryan ərizə ilə öz adından Fransa səfirliyinə müraciət edib. Bu müraciətdən qısa müddət sonra Fransa səfirliyindən müsahibəyə dəvət olunub və bir müddət sonra orada işə başlayıb. Şahid ifadəsinə davam edərək qeyd edib ki, Martin Ryan ona hələ Fransa səfirliyində işə başlamamışdan əvvəl orada səfirin müşaviri vəzifəsində xidmət edən Frederik Devosun Fransa xüsusi xidmət orqanının əməkdaşı olduğunu bildirib. Frederik Devosun yerinə sonradan Loran Qrard təyin olunub.

O, Martin Ryanı Fransa xüsusi xidmət orqanının əməkdaşı kimi yox, onlarla əlaqəli şəxs kimi bilib. Frederik Devos hətta bir dəfə Martindən İrana səfər edib-edə bilməyəcəyini soruşub. Şahid Z.M. bildirib ki, Fransa səfirliyində işləmiş və səfirin müşaviri olaraq çalışmış Frederik Devos, Loran Ledit və Loran Qrardın xüsusi xidmət orqanının əməkdaşları olmalarını Martin sonradan ona deyib. Martin həmişə ona həmin xüsusi xidmət orqanı əməkdaşları ilə ayda 1-2 dəfə olmaqla şəhərin mərkəzində olan müxtəlif restoranlarda görüşdüyünü bildirib.

Z.M. öz şahid ifadəsində deyib ki, Fransa xüsusi xidmət orqanının əməkdaşları İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda, eləcə də Rusiya, İran və Türkiyədə baş verən ictimai-siyasi dəyişikliklərlə maraqlanıblar, Martin ilə söhbət zamanı sonuncu ona Azadın Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyinə baxmayaraq, həmişə Rusiya xüsusi xidmət orqanından qorxduğunu deyib. Frederik həmişə Martinə Bakıda yaşayan ruslardan uzaq durmağı tapşırıb.

İş üzrə şahid qismində çıxış edən Ü.Ə. bildirib ki, o, 2004-2009-cu illərdə Fransa Respublikasının Monpelye Universitetində ali təhsil alıb. Martin Ryanla 2005-ci ildə Fransa Respublikasında Yeni il gecəsində milliyyətcə belarus olan Fransa vətəndaşı Qleb vasitəsilə tanış olub.

Şahid qeyd edib ki, o, Martin Ryanla yaxın münasibətdə olub. Bu yaxınlıq müstəvisində Martin Ryanla çox mövzularda söhbətlər edib. Bu söhbətlərin əsas məzmunu Martin Ryanın biznes əlaqələri, sonuncunun Azərbaycandakı spirtli içki biznesini böyütmək istəyi və siyasətlə bağlı olub. Martin Ryan adətən ondan ölkənin siyasətini, Azərbaycan və Fransa arasında həmin dövrdə olan gərgin münasibətlər və bu münasibətlərin nə vaxta qədər davam edəcəyini ümumi olaraq soruşmuş və bu gərginliyin son həddinin nədə ifadə olunması, eləcə də digər qonşu ölkələrlə Azərbaycanın münasibətləri barədə maraqlanıb.

O qeyd edib ki, təxminən 2 il bundan əvvəl Martin Ryanın Bakı şəhərində olan evində Azad Məmmədli ilə tanış olub. Azad Məmmədli ona özünü Azərbaycan Beynəlxalq Bankında işləyən hüquqşünas kim təqdim edib. O, Azad Məmmədli ilə ötən müddət ərzində Martin Ryan vasitəsilə adətən sonuncunun evində təxminən 2-3 dəfə görüşüb.

Şahid ifadəsinin davamında elektron poçtuna 2023-cü ilin təxminən noyabr ayında Fransanın Bakıdakı səfirliyindən gəlmiş dəvət məktubunda onun Fransa-Azərbaycan Universitetində baş tutacaq konfransa dəvət edildiyini bildirib. Konfrans bitəndən sonra təşkil olunmuş banketdə o, Loran Qrardla tanış olub. Bu zaman Loran Qrard ondan nə işlə məşğul olduğunu soruşub, o da Loran Qrarda kənd təsərrüfatı ilə məşğul olduğunu deyib. Loran Qrard özünü Fransa səfirinin birinci katibi kimi təqdim edərək ona iş birliyi təklif edib. Buna baxmayaraq, Loran Qrard onun Xaçmaz şəhərində işlədiyini öyrənəndən sonra oraya səfər edə bilməyəcəyini deyib.

Həmin tədbirdən sonra o, evə gəlib Martin Ryanla söhbət edərkən sonuncu ondan tədbirdə daha kimlərin olduğunu soruşub. O da Martin Ryana Loran Qrardla tanış olduğunu və sonuncunun ona öz mobil nömrəsi qeyd olunan vizitkart verdiyini deyib. Bu zaman Martin Ryan ona Loran Qrardın Azərbaycanda gənclərə Fransa xüsusi xidmət orqanlarına işləməyi təklif edərək onları agent kimi cəlb etməklə məşğul olduğunu bildirib və onun bunu Azad Məmmədliyə də təklif etdiyini deyib.

O qeyd edib ki, Martin Ryan ona Bakı Frankofoniya Assosiasiyasının Bakıda fransız və fransızdilli şəxsləri müxtəlif əyləncə tədbirləri təşkil edərək cəlb etdiyini bildirib.

Şahid Ü.Ə. deyib ki, Martin Ryanın valideynləri 2022-ci ilin qış aylarında Bakı şəhərinə gələndə o da həmin evə dəvət olunub. Bu dəvət zamanı o, Martin Ryanın evində sonuncunun valideynləri və Loran Ledit adlı şəxslə tanış olub. Bu zaman Martin Ryan Loran Lediti ona Fransa səfirliyinin əməkdaşı kimi təqdim edib. Loran Ledit onunla özünü soyuq aparıb. Buna görə də o, Loran Leditlə daha əlaqə saxlamayıb.

Digər şahid H.A. ifadəsində bildirib ki, o, təxminən 4-5 il əvvəl həmin vaxt birlikdə işlədiyi Z.M. vasitəsilə Martin Ryanla tanış olub. Belə ki, həmin vaxt nahar fasiləsində olarkən Z.M. dostu olan Martini də onunla birlikdə Bakıda yerləşən kafelərin birinə dəvət edib. Şahid qeyd edib ki, Martin fransız vətəndaşı olsa da, Azərbaycan dilində danışmağı bacarıb və həmin görüşdə salamlaşaraq özünü azərbaycanca təqdim edib, daha sonra Z.M.-lə fransız dilində danışmağa başlayıb. O, sonralar təxminən 10-15 dəfə Z.M.-lə birlikdə olarkən Martinlə görüşüb. Onun fəaliyyəti kompüter mühəndisi kimi kompüteri alıb təmir edib daha sonra onu sataraq qazanc əldə etmək olduğundan Z.M. ona Martinin kompüterə ehtiyacının olduğunu bildirib. Bu zaman isə onun əlində satışa qoyduğu hazır kompüter olub. Z.M.-lə danışığından təxminən 10 gün sonra Z.M. ona zəng edərək Martinin kompüteri almaq istədiyini bildirərək onu Bakı şəhərindəki kafelərdən birinə dəvət edib. Görüş zamanı Martin kompüteri satın alıb. O bildirib ki, Martinlə heç vaxt tək görüşməyib, görüşləri zamanı hər zaman Z.M. yanlarında olub. Günlərin birində isə Z.M. ona zəng vuraraq Martinə klaviatura verildiyini deyib, həmin klaviaturada "çip"in olmasının mümkünlüyü barədə ondan soruşub. O da yoxlamaq üçün klaviaturaya baxmalı olduğunu Z.M.-ə bildirib. Buna baxmayaraq, sonradan nə Z.M., nə də Martin həmin klaviaturanı yoxlamaq üçün ona təqdim edib.

İş üzrə şahid kimi tanınmış R.Q., R.B., H.T., E.C. işin mahiyyətinə uyğun olaraq, istintaqa verdikləri ifadələri təsdiq ediblər.

Şahid R.B. bildirib ki, evi kirayəyə verdiyi Martin Ryandan peşəsini soruşduqda, sonuncu əvvəlcə ona gəmiçilik fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, təxminən 2023-cü ildə aralarında baş tutmuş məişət zəminində söhbət əsnasında təkrar həmin sual ünvanlanan zaman ona çaxır və digər spirtli içkilərin Azərbaycan Respublikasına idxalı və satışı ilə məşğul olduğunu deyib.

Növbəti iclas noyabrın 24-ü digər şahidlərin dindirilməsi ilə davam edəcək.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, DTX tərəfindən təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Elgün Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see227

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see225

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see194

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see193

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see188

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see169

Buğdanı cücərdib istifadə etsəniz, möcüzəni görəcəksiniz

26 Oktyabr 2025 22:30see158

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see153

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see148

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see145

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see137

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see135

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see132

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see129

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see129

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see129

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see128

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see128

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see128

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri