“Fransızlar ABŞ sayəsində almanca danışmırlar” Ağ Ev
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Yalnız Amerika Birləşmiş Ştatlarının sayəsində fransızlar indi almanca danışmırlar. Onlar bizə çox minnətdar olmalıdırlar”.
Bu sözləri Ağ Evin mətbuat katibi Kerolayn Livit ABŞ-nin Azadlıq heykəlini Fransaya qaytarıb-qaytarmayacağı ilə bağlı suala cavab verərkən deyib.
Xatırladaq ki, Avropa Parlamentinin fransız deputatı bir neçə gün əvvəl Azadlıq heykəli ilə bağlı məsələni gündəmə gətirərək bildirib ki, heykəl “öz sahibinə-Fransaya” geri verilməlidir.
Qeyd edək ki, Kerolayn Livit cavabında İkinci Dünya Müharibəsi zamanı Almaniyanın Fransanı işğal etməsinə eyham edib. Belə ki, Fransa daha sonra 1944-cü ildə ABŞ və digər müttəfiq qüvvələrin köməyi ilə azad edilib.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:Ağ Ev: ABŞ olmasaydı fransızlar indi almanca danışırdı
17 Mart 2025 22:07
“Fransızlar meymunluq edirlər”
27 May 2025 14:22
D Almeyda Neftçi sayəsində Avropa səhnəsində parlayacaq fransızlar belə düşünür
10 İyun 2025 00:35
Fransızlar ölkədən qaçmaq istəyirlər
12 Noyabr 2024 00:00
Baxış sayı:130
Bu xəbər 18 Mart 2025 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















