Icma.az
close
up
RU
Fransızlar hərəkətə keçdi: Makronun iki yolu var

Fransızlar hərəkətə keçdi: Makronun iki yolu var

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransa parlamenti hökumətə etimadsızlıqla bağlı qətnamə qəbul etdikdən sonra Prezident Emmanuel Makronun da istefası tələb olunur.

“Fəth edilməyən Fransa” partiyasının lideri Matilde Pano prezidentin vəzifədən getməli olduğunu deyib. Lakin Makron 5 il fəaliyyət göstərmək üçün seçildiyini və müddət bitməmiş istefa verməyəcəyini bildirib. Onun açıqlamasına baxmayaraq ölkədə prezidentlə bağlı narazılıq getdikcə artır.

Parisdə sürpriz istefa gözlənilirmi? Makron hansı təqdirdə geri çəkilə bilər?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, bu gün dünyanın müxtəlif yerlərində mövcud hakimiyyət əleyhinə fikirlər səslənir, istefalar tələb edilir:

“Fransada da eyni vəziyyət müşahidə olunur. Hətta hazırda bu ölkə ayrı-ayrı regionlarda hakimiyyətin istefasının istənildiyi, mövcud liderin qəbul edilmədiyi dövlətlər sırasında ön plandadır.

Bu gün Emmanuel Makrona çoxsaylı suallar verilir, etirazlar səslənir. Təkcə son 5 il ərzində baş verən hadisələrə nəzər yetirsək, fransızların prezidentlə bağlı mövqeyini aydın görmək olar. Belə ki, öncə “Sarıjiletlilər” üsyanı, daha sonra pensiya yaşının artırılmasına qarşı aksiyalar, son olaraq isə fermerlərin hakimiyyətə etiraz etməsi Makronun prestijinə ciddi zərbə vurdu”.


İlyas Hüseynov

Politoloqun sözlərinə görə, Fransa prezidenti xarici siyasətdə ciddi səhvlər buraxıb.

“Afrika ölkələri ilə münasibətlərin pisləşməsi, dənizaşırı torpaqlarda etirazların başlaması Makronu çətin vəziyyətə saldı. Lakin hər şeyə rəğmən onun hakimiyyətdə qalmaq üçün əlindən gələni etdiyini, geri çəkilmədiyini görürük.

Aydın məsələdir ki, Makron bu təzyiqlərə axıra qədər tab gətirə bilməyəcək. Gec-tez ya istefa verəcək, ya da hakimiyyətdən uzaqlaşdırılacaq”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri