Frenk Lempard İngiltərə klubunun baş məşqçisi ola bilər
İngiltərə millisinin və "Çelsi"nin sabiq futbolçusu Frenk Lempard Çempionşip klubunu çalışdıra bilər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis "Koventri" kollektivinin baş məşqçisi olmağa hazırlaşır.
Təyinatın yaxın günlərdə rəsmiləşəcəyi bildirilir.
Qeyd edək ki, Lempard 2023-cü ildə "Çelsi"də çalışıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:33
Mənbə:https://cebheinfo.az