Icma.az
close
up
RU
FT: “İranın nüvə desantının Moskvaya gizli səfəri”

FT: “İranın nüvə desantının Moskvaya gizli səfəri”

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times (FT)” nəşrinin məlumatına görə, iranlı mütəxəssislərin səfəri Rusiya hərbi tədqiqat mərkəzləri ilə Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatı (SPND) arasında mübadilə çərçivəsində baş tutub. Vaşinqton SPND-ni İran Silahlı qüvvələri ilə əlaqəli və nüvə inkişafında iştirak edən struktur sayır.
“Görüşlər nüvə silahının yaradılması ilə əlaqəli texnologiyalar üzrə Moskvanın Tehranla əməkdaşlıq etmək istəyinin ilk əlaməti olub. ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Cim Lemsonun iddiasına görə, iranlılar nüvə silahı konstruksiyalarını yoxlamadan onu sınaqdan keçirməyə kömək edəcək lazer texnologiyası və bilik axtarırdılar”, - qəzet yazır.
İran öz nüvə proqramının dinc xarakter daşıdığını israr etsə də, MAQATE-nin baş direktoru Rafael Qrossi uranın 60%-ə qədər zənginləşdirilməsinin “pis siqnal” olduğunu və bunun “qeyri-müəyyənlik” yaratdığını deyib.
Nəşr xatırladır ki, İsrail Tehranın nüvə partlayışı qurğusu üçün komponentlər hazırlamağa başladığın əmin olduğuna görə, bu ilin iyun ayında İran obyektlərinə zərbələr endirib. ABŞ prezidenti Donald Tramp da daha sonra belə bir hücum əmri verib.
- Sənədlərdən bəlli olur ki, SPND-nin pərdə kimi istifadə etdiyi “DamavandTec” şirkəti 2024-cü ilin noyabrında bir qrup iranlı mütəxəssisin Sankt-Peterburqa səfərini təşkil edib. Onlar artıq ABŞ sanksiyaları altında olan “Lazer sistemləri” şirkətində görüşlər keçiriblər”, - qəzet vurğulayır.
“FT” daha əvvəl diplomatik pasportlardan istifadə edən “DamavandTec” şirkətinin və onun baş direktoru Əli Kalvandın həyata keçirdikləri səyahətlər çərçivəsində analoji əlaqələr yaratdıqlarını bildirmişdi.
Qəzetin iddiasına görə, fevral ayında “Lazer sistemləri” şirkətinin əməkdaşı Andrey Savin İrana səfər edib. O, “DamavandTec” nümayəndələri və SPND ilə əlaqəli şəxslərlə görüşüb.
Oktyabr ayında isə, ABŞ “DamavandTec” şirkətinə və Əli Kalvanda qarşı sanksiyalar tətbiq edərək, onları partlayıcı qurğuların hazırlanması üçün mallar almaq cəhdində və iranlı nüvə mütəxəssislərinin Rusiyaya səfərini asanlaşdırmaqda günahlandırıb.
Karnegi Fondunun əməkdaşı Nikol Qrayeskinin fikrincə, bu məqamlar Moskvanın İrana nüvə tədqiqatlarında və ikili istifadə texnologiyalarının ötürülməsində yardım etdiyinə “güclü sübutdur”. O, belə fəaliyyətlərə hər iki ölkədə “görünür, ən yüksək səviyyədə razılıq verildiyini” düşünür.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Noyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri