Trampın elçilərinin Kiyev və Moskvaya səfəri nəticəsiz başa çatdı FT
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müharibənin başlanğıcından bəri Moskvaya beşinci dəfə səfər edən və ilk dəfə Kiyevə səyahət edən ABŞ-nin xüsusi elçiləri Stiven Uitkoff və Cared Kuşnerin yeni diplomatik səfərləri Ukraynadakı müharibənin sülh yolu ilə həlli istiqamətində əhəmiyyətli irəliləyiş gətirməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələr “Financial Times” qəzetinə bildiriblər.
“Uitkoff və Kuşner Kiyevdə Volodimir Zelenski, onun administrasiyasının yüksək vəzifəli rəsmiləri, eləcə də Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik müşavirləri ilə görüşdükdən sonra tərəflər müharibənin gələn qışa qədər bitməyəcəyi qənaətinə gəliblər”, - nəşr yazır.
Mənbələrin sözlərinə görə, Donald Trampın elçiləri “az sayda yeni ideya” gətiriblər və yalnız əvvəlki təklifləri canlandırmağa, eləcə də Kiyevlə Moskvanın mövqeləri arasındakı fərqləri azaltmağa çalışıblar.
“Kuşner və Uitkoff sülhə nail olmağı hədəfləyən əvvəlki sənədlərin yenidən işlənmiş versiyalarını gətiriblər. ABŞ-nin İrana hücumlara başlamasından və fevral ayında sülh danışıqları dayandırıldıqdan sonra vəziyyətdəki dəyişiklikləri əks etdirmək üçün onlara düzəliş edilib. Uitkoff Moskva və Kiyevdəki müzakirələri “yaxşı” adlandırsa da, onlar beş ildir davam edən müharibənin həllində irəliləyişə səbəb olmayıb”, - nəşr yazır.
Bu mövzuda digər xəbərlər:ABŞ Kiyevlə razılaşdı, Trampın adamı Moskvaya çatdı
06 Avqust 2025 11:19
Trampın Pekinə üç günlük səfəri başa çatdı
15 May 2026 12:24
Peskov: Trampın Moskvaya səfəri müzakirə olunmur
25 Oktyabr 2026 10:19
FT: “İranın nüvə desantının Moskvaya gizli səfəri”
19 Noyabr 2025 17:33
Trampın nümayəndələri Moskvaya səfəri təxirə saldılar SƏBƏB
12 Oktyabr 2026 08:53
Baxış sayı:120
Bu xəbər 07 Sentyabr 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















