FT: Tramp inauqurasiyadan sonra Ukraynaya dəstəyini dayandırmayacaq
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası hakimiyyətə gələndə Ukraynanı dəstəkləməyə davam edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən yazır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, bu mövqeyi yüksək səviyyəli Avropa rəsmiləri ilə danışıqlar zamanı cənab Trampın ən yaxın köməkçiləri bildirib.
Bundan əlavə, FT mənbələrinə görə, Trampın komandası Avropa rəsmilərinə seçilmiş prezidentin NATO ölkələrindən müdafiə xərclərini artırmağı tələb etmək planları barədə danışıb. Nəşrin həmsöhbətlərindən birinin dediyinə görə, Tramp ÜDM-in 3,5%-i ilə razılaşa bilər. Başqa bir mənbəyə görə, söhbət 5%-dən gedir. FT-nin həmsöhbətlərindən biri əlavə edib ki, Tramp artan müdafiə xərclərini ABŞ-la daha əlverişli ticarət şərtləri təklifi ilə açıq şəkildə əlaqələndirməyi planlaşdırır.
Keçən həftə FT mənbələrə istinadən xəbər verdi ki, Avropa NATO üzvləri Donald Trampın vəzifəyə başlaması ərəfəsində müdafiə xərcləri hədəfini ÜDM-in 2%-dən 3%-ə qədər artırmağı müzakirə edirlər. İlk dövründə (2017-2021) Tramp bəzi NATO ölkələrini, o cümlədən Çexiya və İspaniyanı müdafiə xərcləri hədəflərindən geri qalmalarına görə tənqid edib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 21 Dekabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















