Icma.az
close
up
RU
FT: “Avropa Bankı Ukraynaya zamin durmayacaq”

FT: “Avropa Bankı Ukraynaya zamin durmayacaq”

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Böyük Britaniyanın “Financial Times” nəşri belə məlumat yayıb.
“Avropa qurumları bu məsələdə AMB-dən dondurulmuş vəsaitlərin əsas hissəsinin saxlandığı Belçikadakı “Euroclear” depozitarisini qarantı olmağı xahiş edib. Bununla belə, bank Avropa Komissiyasının (AK) təklif etdiyi tənzimləmə planının öz səlahiyyətlərindən kənar sayıb”, - qəzet yazır.
Xatırladaq ki, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzündən sonra Qərb ölkələri Rusiya Mərkəzi Bankının təxminən 260 milyard avroluq aktivlərini dondurub. Bu məbləğin təxminən 193 milyard avrosu Belçikadakı “Euroclear” maliyyə qurumunun hesablarında saxlanılır.
Avropalı müttəfqiləri Belçikadan şübhələnirlər Bu vəsaitlərin Ukraynanın maraqları üçün mümkün istifadəsi ilə bağlı müzakirələr təxminən dörd ildir ki, davam edir və son aylarda Kiyevə bu aktivlərlə təmin olunacaq 40 milyard dollarlıq “reparasiya krediti” verilməsi ideyası fonunda xeyli sürətlənib. Lakin vəsaitlərin əksəriyyətinin yerləşdiyi Belçika qəti şəkildə bunun əleyhinə çıxır.
Maraqlıdır ki, Tramp administrasiyasının noyabrın ortalarında açıqlanan ilkin 28 bəndlik “sülh planı”nda Ukraynanın bərpası üçün dondurulmuş Rusiya aktivlərindən 100 milyard dollar həcmində sərmayə qoyuluşu nəzərdə tutulurdu. Həm də ABŞ öz ərazisində cəmi 5 milyard dollara yaxın Rusiya vəsaitinin dondurulmasına baxmayaraq, bu cür sərmayələrdən qazancın 50%-ni almağı nəzərdə tuturdu. Bu plan sonradan Amerika və Ukrayna tərəfləri arasında məsləhətləşmələr zamanı əhəmiyyətli dərəcədə yenidən işlənib.
Moskva isə, öz növbəsində, onun aktivləri barədə başqalarının qərarlar vermək cəhdlərini qətiyyətlə rədd edir və onlardan istifadə ilə bağlı istənilən təklifi “oğurluq” kimi qiymətləndirir.
Yeri gəlmişkən, bir neçə gün əvvəl Belçikanın dondurulmuş Rusiya aktivlərindən götürülən gəlirləri öz xeyrinə istifadə edib-etməməsindən və onların Ukraynaya transferini gecikdirməsindən şübhələnən Avropa İttifaqının (Aİ) bəzi ölkələri bununla bağlı araşdırma aparmaq niyyətində olduğu barədə məlumat yayılıb.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 Dekabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri