Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Qazax, 29 oktyabr, AZƏRTAC
Ürək nahiyəsində şiddətli ağrılarla Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət edən 56 yaşlı pasiyentin qəfil ürəyi dayanıb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisəyə dərhal müdaxilə edən tibbi heyət tərəfindən ürək-ağciyər reanimasiyası, döş qəfəsinin kompressiyası və defibrilyasiya tədbirləri həyata keçirilib.
Reanimasiya prosesi zamanı pasiyentin ürəyi iki dəfə dayansa da, həkimlərin operativ, koordinasiyalı və peşəkar müdaxiləsi nəticəsində hər iki halda spontan qan dövranı bərpa edilib. Müalicəsi uğurla başa çatan şəxs vəziyyəti yaxşılaşdığı üçün oktyabrın 28-də evə buraxılıb.
Müxbir -Ruslan Novruzoğlu
Bu mövzuda digər xəbərlər:Yeddi dəfə ürəyi dayanan bodibilderin həyatı xilas edilib
08 Oktyabr 2025 18:06
Ürəyi 10 dəfə dayanan kişi xilas edildi
28 Dekabr 2024 18:14
Ürəyi 71 dəqiqə dayanan qadın xilas edildi
10 Aprel 2026 20:21
Britaniyada əməliyyat zamanı iki dəfə ürəyi dayanan qadın xilas edildi FOTO
06 May 2026 08:54
Azərbaycanda ilk dəfə xəstəyə beyin ölümü təsdiqlənmiş şəxsin ürəyi köçürülüb
31 Oktyabr 2025 17:35
Baxış sayı:93
Bu xəbər 29 Oktyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















