FTB təyyarə qəzasının terror aktı olmasını istisna edib
Icma.az bildirir, Report.az portalına istinadən.
Vaşinqton yaxınlığındakı təyyarə qəzasında kriminal və terror təşkilatlarının əli yoxdur.
“Report” xəbər verir ki, bu barədə NBC telekanalına ABŞ Federal Təhqiqatlar Bürosunun yerli ofisindəki yüksək vəzifəli mənbə bildirib.
Qurum rəsmisi idarənin hər cür köməklik göstərməyə hazır olduğunu bildirib.
Vurğulanıb ki, büro daha sonra müvafiq açıqlama yayacaq.
Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.
Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirən təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sonra təyyarə Potomak çayına düşüb. Hazırda faciə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 30 Yanvar 2025 08:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















