Icma.az
close
up
RU
Fuad Hüseynəliyev: AZAL a məxsus təyyarənin vurulması ilə bağlı Rusiya daha dəqiq terminlərlə üzr istəməlidir

Fuad Hüseynəliyev: AZAL a məxsus təyyarənin vurulması ilə bağlı Rusiya daha dəqiq terminlərlə üzr istəməlidir

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin vurulmasına görə Rusiya tərəfi daha dəqiq terminlərlə üzr istəməli və kompensasiya ödənişi həyata keçirilməlidir.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev ARB24 telekanalının efirində "İşgüzar səhər" verilişində deyib.

O qeyd edib ki, qəza ilə bağlı araşdırmanın açıqlanan ilkin nəticələri Azərbaycan təyyarəsinin Rusiya hava məkanında vurulduğunu açıq şəkildə göstərir.

“Azərbaycan tərəfi heç vaxt bildirməyib ki, Rusiya tərəfi Azərbaycanın mülki təyyarəsini qəsdən vurub. Əlbəttə ki, bu xoşagəlməz bir hadisədir. Amma bu qəsdən olmayan hərəkətə görə də Rusiya tərəfi açıq şəkildə tam olaraq üzr istəməlidir. Rusiya tərəfinin hadisə ilə bağlı indiyədək açıqlamalarında “Rusiya hava məkanında baş verən bədbəxt hadisə” ifadəsini istifadə edib".

F.Hüseynəliyev vurğulayıb ki, bu, Rusiya hava məkanında bədbəxt hadisə deyil:

"Bu, Rusiya hava hücumundan müdafiə qüvvələrinin atdığı səhv bir addımdır. Hadisə ilə səhv fərqli anlayışlardır. Ona görə də düşünürəm ki, daha dəqiq terminlərlə üzr istənməlidir”, - deyə F.Hüseynəliyev vurğulayıb.

Agentlik direktoru onu da əlavə edib ki, növbəti mərhələdə kompensasiya ödənişi və təyyarənin vurulmasında iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi həyata keçirilməlidir:

“Rusiya tərəfinin hansı addımları atacağını proqnozlaşdırmaq bir qədər çətin olar. Çünki Rusiya tərəfi əvvəldən də tam aydın şəkildə hadisənin necə baş verdiyini bilirdi. Onların hansı addımları atacağını yaxın günlərdə görəcəyik. Ancaq reallıqdır ki, artıq Rusiya teleqram kanallarında ortaya atılan sərsəm iddiaların üstündən tam xətt çəkilir. Rusiya tərəfi də anlayır ki, bunu gizlədə bilməyəcək”.

F.Hüseynəliyev hadisənin ilk günlərində baş verən məsələnin diplomatik yolla yatırılması cəhdlərinə də diqqət çəkib:

“Qəzanın hansısa diplomatik yollarla yatırılması cəhdləri də olurdu. Amma Azərbaycan tərəfinin qətiyyəti göstərdi ki, biz bu məsələdə hər hansı bir kənar istiqamətdə araşdırma aparılmasına imkan verməyəcəyik. Ona görə də qara qutuların açılması məhv Brazilyaya göndərildi. Halbuki Dövlətlərarası Aviasiya Komitəsi var və bu qurum MDB məkanında baş verən aviaqəzaların qara qutularının açılmasını da həyata keçirir. Amma qurum Rusiyada yerləşir. Sırf şəffaf araşdırmaya görə qara qutular Brazilyaya göndərildi".

F.Hüseynəliyev diqqətə çatdırıb ki, təyyarənin idarəetmə sistemləri itirildikdən yalnız səkkiz dəqiqə sonra "Kovyor" əməliyyatı barədə məlumat verilib:

“Təyyarə vurulandan səkkiz dəqiqə sonra Qroznıda həyata keçirilən “Kovyor” əməliyyatı barədə məlumat verilib. Açıqlanan ilkin nəticələr bunu deyir. Bununla da həm də Rusiyanın istinad etdiyi ki, təyyarə ekipajı “Kovyor” əməliyyatı barədə məlumatlı idi tezisinin yalan olduğu üzə çıxır. Təyyarənin quş sürüsü ilə toqquşması və ya hava balonun partlaması barədə ortaya atılmış fikirlərin də əsası olmadığı müəyyənləşib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://report.az
archiveBu xəbər 05 Fevral 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see186

Laçının kəndlərində və qəsəbəsində gələn il görüləcək işlər açıqlanıb

30 Noyabr 2025 12:46see174

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see165

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see148

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see147

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see147

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see139

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see135

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see135

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see132

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see132

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see132

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see132

Nəqliyyat naziri: Türkiyə gəmilərə təkrar hücumların qarşısını almağı hədəfləyir

30 Noyabr 2025 12:01see130

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see129

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see128

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see128

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see127

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see126

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri