Icma.az
close
up
RU
Fuad Hüseynəliyev: Fransada bugünkü siyasi böhran Makronun yanlış idarəçiliyinin nəticəsidir

Fuad Hüseynəliyev: Fransada bugünkü siyasi böhran Makronun yanlış idarəçiliyinin nəticəsidir

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Fransada bugünkü siyasi böhran Prezident Emmanuel Makronun yanlış idarəçiliyi və yanlış qərarlarının nəticəsidir".

Oxu.Az xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Makronun bu cür siyasəti Fransa vətəndaşları arasında getdikcə daha çox narazılıq yaradıb və bu, yayda Avropa Parlamentinə keçirilən seçkilərin nəticələrində də özünü göstərib.

"Məhz belə gedişata görə Makron Fransa parlamentini yenidən formatlaşdırmaq qərarına gəldi və növbədənkənar seçkilər təyin etdi. Amma o, inandıra bilmədi. Faktiki olaraq parlamentdə üç əsas siyasi qüvvə - ultrasağçılar, ultrasolçular və Makronun özünün partiyası yer aldı, ancaq hökuməti parlament azlığı formalaşdırdı", - Hüseynəliyev bildirib.

Agentliyin direktoru xatırladıb ki, dekabrın 4-də Fransa parlamenti son 62 ildə ilk dəfə hökumətə etimadsızlıq votumu verib. "Hətta ultrasağ və ultrasol partiyalar da bu məqsədlə birləşdilər. Fransa tarixində heç vaxt baş verməyən hadisə yaşandı. Makron iki tamamilə fərqli qüvvəni ortaq məxrəcə gətirməyi bacardı", - o vurğulayıb.

F.Hüseynəliyev onu da qeyd edib ki, Makron indi hakimiyyətdən bərk-bərk yapışıb, ona qarşı yönələn heç bir tənqidi qəbul etmir, yalnız məhdud sayda olan yaxın çevrəsi ilə məsləhətləşir və bütün bunları yerli mətbuatda dərc olunan məqalələr sübut edir.

Onun sözlərinə görə, hazırkı şərait onu göstərir ki, Makron, çox güman, səlahiyyət müddətinin sonuna qədər postunda qala bilməyəcək.

"Fransa hökumətinin istefası ilk siqnaldır, yeni hökumətə kimin rəhbərlik edəcəyi hələ məlum deyil. Yeni hökumətin nə qədər davamlı olacağı da ciddi sual doğurur. Son hökumət Beşinci Respublikanın tarixində ən qısaömürlü hökumət oldu. O, hakimiyyətdə cəmi üç ay davam gətirə bildi.

Bütün bunların fonunda Makronun reytinqi sürətlə azalmağa davam edir. Son rəy sorğularına görə, fransızların 56 faizi Makronun istefasını dəstəkləyir. Belə şəraitdə daha iki il dözmək isə çox çətin olacaq", - F.Hüseynəliyev vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Dekabr 2024 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri